reklam
» » Bibiheybətdə çökən yolla bağlı SON VƏZİYYƏT - RƏSMİ

reklam

Bibiheybətdə çökən yolla bağlı SON VƏZİYYƏT - RƏSMİ

"Bibiheybətdə təmir-bərpa işləri bir neçə ay davam edəcək".

Regionxeberleri.com bildirir ki, bu sözləri Lent.az -a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. O bildirib ki, hal-hazırda sözügedən ərazidə təmizləmə işləri davam etdirilir:

“Buna paralel olaraq mühəndis-geoloji kəşfiyyat işləri aparılır. Həmin kəşfiyyat işlərinin nəticəsi hazırlanan hesabatda öz əksini tapacaq. Hesabata uyğun olaraq layihə hazırlanacaq və təbii ki, layihə təsdiqləndikdən sonra artıq ərazidə yenidənqurma bərpa işlərinə start veriləcək”.

A.Nəcəfli qeyd edib ki, hazırda təmizləmə işləri ilə birlikdə yamacın ağırlığının azaldılması üçün torpaq qatının ərazidən daşınması işləri də aparılır:

“Yaxın günlərdə sözügedən işlərin yekunlaşması gözlənilir”.

Xatırladaq ki, noyabrın 25-də Bakı-Ələt-Astara avtomobil yolunun Bibiheybət məscidi yaxınlığından keçən hissəsində sürüşmə baş verib və nəticədə dağın yamacında yerləşən istinad divarının dağılması ilə əlaqədar olaraq yol çöküb.

Əlavə edək ki, Bakı Nəqliyyat Agentliyi (BNA) Bibiheybət yolunda baş vermiş torpaq sürüşmənin nəticələri aradan qaldırılanadək Yeni Salyan yolunda yaşayan sakinlərin rahatlığını təmin etmək məqsədi ilə 5 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik edilib.

Dəyişikliyə əsasən, 5 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar 20-ci sahə adlanan ərazidən şəhər istiqamətinə gedərkən yenidən Yeni Salyan yoluna (Jurnalistlər binası istiqamətində) daxil olacaq. Bakı Ali Neft Məktəbinə yaxın hissədən geriyə dönərək təkrar şəhər mərkəzi istiqamətində hərəkət edəcək.

Şəhər mərkəzindən Yeni Salyan yolu (Jurnalistlər binası istiqamətində) gələn sərnişinlərimiz də 5 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslardan istifadə etməlidirlər. Belə ki, həmin sərnişinlər 20-ci sahədə gəldikləri avtobusdan düşərək sonuncu dayanacaqdan 5 nömrəli xətt üzrə şəhər istiqamətində çıxan ilk avtobusa minməlidirlər. Avtobus dəyişən zaman sərnişinlərdən heç bir ödəniş tələb olunmur.


Paylaş:


Müəllif : Tarix:
2-12-2019, 12:50
  


loading...
Загрузка...