reklam
» » “İcra hakimiyyətindən təklif gəlsə, yolu yenidən qura bilərik” - QALMAQAL

reklam

“İcra hakimiyyətindən təklif gəlsə, yolu yenidən qura bilərik” - QALMAQAL



Avtomobil Yolları Dövlət Agentliyi Masallı rayonu Boradigah qəsəbəsinin bir qrup sakininin müraciətinə operativ reaksiya verib.

Xatırladaq ki, Azpost.info-ya göndərdikləri müraciətdə sakinlər Prezident İlham Əliyevə və Agentliyin rəhbəri Saleh Məmmədova Bakı-Astara magistralından Boradigaha və 10-dan artıq kəndə gedən yolun tamamilə dağıldığını yazmışdılar. Bunun səbəbindən Boradigah qəsəbəsi də daxil olmaqla 10-dan artıq kəndin sakinləri mənzil başına çatmaq üçün alternativ yollardan – Lürən- Musaküçə kəndinin ərazisindən və Masallı şəhərinin içindən istifadə etmək məcburiyyətində qalırlar.

AYDA-nın mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Azpost.info-ya açıqlamasnıda bildirib ki, əhalinin müraciəti ilə tanış olublar: “Sakinlər Boradigah qəsəbəsinə magistraldan ayrılan yolu nəzərdə tuturlar. O yol Dövlət Agentliyinin balansında yox, icra hakimiyyətinin və bələdiyyənin balansında olan yoldur. Bizim balansda belə bir yol yoxdur”.

A.Nəcəflinin sözlərinə görə, buna baxmayaraq AAYDA rayonlar üzrə tədbirlər planı hazırlayıb: “Yaxın gələcəkdə Masallı rayonunu əhatə edən planlarımız var. Bizim balansımızda olan, Boradigaha uzanan, oradan da keçməklə digər kəndləri əhatə edən yolların yenidən qurulması nəzərdə tutulur. Maliyyə vəsaiti ayrıldıqca həmin layihələr icra olunacaq”.

A.Nəcəfli qeyd edib ki, Xıl-Seyidlər-Sərçuvar- Sirəbil-Boradigah-Qumbaşı yolu, Ərkivan-Boradigah-Rudəkənar-Mololan yolu Boradigahdan keçməklə həm Masallı şəhərinə, həm də magistrala çıxışı təmin edən alternativ yollardır.

“Əgər deyilən yolla, yəni magistraldan ayrılıb birbaşa Boradigaha gələn yolla bağlı icra hakimiyyətindən təklif gəlsə, Nazirlər Kabinetindən qərar olsa biz həmin yolun yenidən qurulmasını həyata keçirə bilərik”-deyə A.Nəcəfli vurğulayıb.


Paylaş:


Müəllif : Tarix:
18-11-2019, 17:00
  


loading...
Загрузка...