reklam
» » Əli İnsanov qeydiyyatı olan müxalif partiyaya gəlir - İDDİA

reklam

Əli İnsanov qeydiyyatı olan müxalif partiyaya gəlir - İDDİA

Sabiq səhiyyə naziri Əli İnsanovun həbsdən çıxdıqdan sonra siyasətlə məşğul olacağını bəyan etməsi onun yeni siyasi partiya yaradacağı barədə söhbətlərə yol açmışdı. Hələ ki Əli İnsanov yeni partiya təsis edəcəyi haqda heç bir açıqlama verməyib. Bu istiqamətdə hər hansı işin aparıldığı da müşahidə edilmir. Belə iddialar var ki, Əli İnsanov yeni partiya yaratmaq istəyindən vaz keçib. Səbəb isə odur ki, sabiq nazir onun yaradacağı partiyanın dövlət qeydiyyatına alınmayacağını dəqiq bilir. Ona görə də sabiq nazirin dövlət qeydiyyatında olan müxalif partiyalardan birinə qatılacağı barədə xəbərlər yayılmaqdadır. Xəbərlərdə deyilir ki, Əli İnsanovun ya Vətəndaş və İnkişaf Partiyasına, ya da Böyük Azərbaycan Partiyasına üzv olacağı, ardınca isə partiyanın lideri elan ediləcəyi ehtimalı var.

Qeyd edək ki, Vətəndaş və İnkişaf Partiyası 2005-ci ildə AMİP-in sədri səlahiyyətlərini müvəqqəti icra edən Əli Əliyev tərəfindən yaradılıb. Böyük Azərbaycan Partiyasının qurucusu və sədri Elşad Musayev də AMİP-də rəhbər vəzifədə-baş katib vəzifəsində olub. AMİP-dən getdikdən sonra Böyük Azərbaycan Partiyasını yaradıb.

Bəs Əli İnsanovun bu partiyalardan hansınasa üzv olacağı barədə deyilənlər əsaslıdırmı? Bu partiyaların rəhbərləri ilə sabiq nazir arasında sözügedən məsələ istiqamətində danışıqlar olubmu?

VİP sədri Əli Əliyev “Yeni Müsavat”a bildirdi ki, Əli İnsanovun Vətəndaş və İnkişaf Partiyasına gələcəyi barədə söhbəti birinci dəfədir eşidir: “Bizim partiyada lider postu yoxdur, sədr var. Sədr elə lider funksiyalarını daşıyır. Əgər Əli müəllim bizim partiyaya üzv olmaqla bağlı müraciət etsə, məmnuniyyətlə müzakirə edərik. Belə hadisələr partiyanın kollegial qurumlarında müzakirə edilir. O ki qaldı təmasımıza, Əli İnsanovla həyatda heç vaxt görüşməmişik. Hansı partiyanı seçəcək, onun qərarıdır. Düşünürəm ki, onun müdafiəsini həyata keçirmiş, onun siyasi baxışlarını bölüşən başqa təşkilatlar bu rəqabətdə bizdən daha da öndədirlər”.

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə bildirdi ki, Əli İnsanovla görüşüb, sabiq nazir hazırda evindədir. Onu ziyarət edən çoxsaylı insanlarla, qohum-əqrəba ilə görüşür. Ölkədəki vəziyyəti, siyasi prosesləri və siyasi münasibətləri araşdırır: “Dünən görüşmüşəm. Sağlamlığı qaydasında, əhval-ruhiyyəsi yerindədir. Heç bir gərginlik hiss etmədim, əksinə, çox inamlı və rahat görünür. Bir sıra tanınmış şəxslərlə görüşüb. Vəziyyəti tam təhlil edəndən sonra mətbuat konfransı keçirməyi planlayır. Onunla görüşmək istəyən siyasilərlə, mətbuat nümayəndələri ilə, ictimai-siyasi xadimlərlə görüşəcəyini mənə söylədi. Siyasi fəaliyyətini hansı formada bəyan edəcəyi də onun təhlillərindən asılıdır. Zaman özü hər şeyi göstərəcək. BAP-la, digər siyasi təşkilatlarla əməkdaşlıq məsələsinə də zamanında cavab veriləcək”.



Paylaş:


Müəllif : Tarix:
29-03-2019, 09:18
  


loading...
Загрузка...