reklam
» » Yüzlərlə şəhid və əlil ailəsinə ŞAD XƏBƏR

reklam

Yüzlərlə şəhid və əlil ailəsinə ŞAD XƏBƏR


“2014-cü ilə qədər mənzil növbəsinə duran Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinin mənzil təminatı cənab Prezidentin müvafiq sərəncamı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb”.

Regionxeberleri.com-un APA-a istinadən xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. O bildirib ki, 2014-cü ilin yanvarın 1-dək mənzil növbəsinə duran insanların siyahısı yerli icra hakimiyyətləri tərəfindən tutulub və nazirliyə təqdim edilib: “Nazirliyin internet səhifəsində bu siyahı ictimaiyyətə tam açıq elan olunub. Təkcə bu il 934 şəhid ailəsi və əlilliyi olan şəxsə mənzillər təqdim ediləcək”.

Nazirin sözlərinə görə, ilin sonuna növbədə təqribən 3 min nəfə qalacaq: “Növbəti ildə bu proqram daha da genişləndirilərək aparılacaq. Çünki cənab Prezidentin niyyəti qısa müddət ərzində, 2-3 ilə növbədə olan insanların mənzil təminatının tam şəkildə həll edilməsidir”.


Paylaş:


Müəllif : Tarix:
13-11-2019, 17:17
  


loading...
Загрузка...