reklam
» » Sumqayıt xəstəxanası yenidən tikiləcək - RƏSMİ

reklam

Sumqayıt xəstəxanası yenidən tikiləcək - RƏSMİ



2 saylı Sumqayıt Şəhər Xəstəxanasının yenidən tikilməsi üçün tender elan edilib.

Regionxeberleri.com bildirir ki, bu barədə Lent.az -a Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev məlumat verib. O bildirib ki, 2 saylı xəstəxananın yeni binasının tikintisinə başlanılması məqsədilə Prezident Ilham Əliyev 2019-cu il fevralın 11-də sərəncam imzalayıb:

“Sərəncamda Azərbaycanın 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Səhiyyə Nazirliyinə ilkin olaraq 5 milyon manat ayrılması qeyd olunub. Xəstəxana təmirə yararsız olduğu üçün tamamilə sökülüb və yaxın müddətdə onun yerində müasir xəstəxananın tikilməsi planlaşdırılır”.

Qeyd edək ki, 1992-ci ildə istifadəyə verilən 2 saylı Sumqayıt Şəhər Xəstəxanası çox profilli xüsusi ixtisaslaşdırılmış tibbi yardım müəssisəsidir.


Paylaş:


Müəllif : Tarix:
7-11-2019, 15:35
  


loading...
Загрузка...