reklam
» » Nazirdən hərbi qulluqçuların pul təminatı ilə bağlı - QƏRAR

reklam

Nazirdən hərbi qulluqçuların pul təminatı ilə bağlı - QƏRAR


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2017-ci il 30 avqust tarixli, 12-3 nömrəli Qərarı ilə təsdiqlənmiş “Hərbi qulluqçular və xüsusi rütbəli şəxslər üzrə sığortaolunanların fərdi uçotu Qaydaları”nda dəyişiklik edilib.

Regionxeberleri.com-un Oxu.Az-a istinadən məlumatına görə, bu barədə Kollegiyanın sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev qərar imzalayıb.

Qərara əsasən sənədin 2.1.10-cu yarımbəndində “digər əlavələrdən” sözlərindən sonra “(büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla)” sözləri əlavə edilib. Əvvəlki redaksiyanın həmin bəndində isə bu sözlər olmayıb.

Qeyd edək ki, “Hərbi qulluqçular və xüsusi rütbəli şəxslər üzrə sığortaolunanların fərdi uçotu Qaydaları” 2.1.10-cu yarımbəndi hərbi qulluqçuların təminat xərcliyi (pul təminatı) ilə bağlıdır.

Qeyd olunur ki, təminat xərcliyi hərbi qulluqçuların aldıqları aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) artımlardan ibarət olan məbləğdir.

Nazirliyin Aparatının Hüquq şöbəsinə tapşırılıb ki, bu qərarın qəbul edildiyi gündən üç gün müddətində Hüquqi Aktların Dövlət Reyestrində qeydə alınması üçün Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

Nazirliyi Aparatının Ümumi şöbəsinə tapşırılıb ki, bu qərarın surətinin Nazirliyin aidiyyəti struktur bölmələrinə çatdırılmasını təmin etsin.

Qərarın icrasına nəzarət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2019-cu il 19 fevral tarixli 19020011499 nömrəli əmri ilə müəyyən edilmiş kurasiya bölgüsünə əsasən həyata keçiriləcək.

Qeyd edək ki, qərar noyabrın 6-dan qüvvəyə minib.


Paylaş:


Müəllif : Tarix:
7-11-2019, 11:31
  


loading...
Загрузка...