reklam
» » Rusiyada həbs olunan Orxan Zeynalovun atası NARAZIDIR

reklam

Rusiyada həbs olunan Orxan Zeynalovun atası NARAZIDIR


Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Rusiyada 17 il müddətinə azadlıqdan məhrum edilmiş Orxan Zeynalovla bağlı müraciətə cavab versə də, hər hansı iş görülmür. Bu səbəbdən də O.Zeynalovun atası Zahid Zeynalov Modern.az-a narazılığını ifadə edib.

Ümumiyyətlə bu barədə danışmaq istəmədiyini, aidiyyatı qurumlara müraciət etməyimizi tövsiyə edən Z.Zeynalov oğlu ilə maraqlanmalı olanların hələ də susduğundan gileylənib:

“Siz axtarıb tapmalısız, niyə, hansı səbəbə oğlumu hələ də ekstradisiya etmirlər? Hamısı çıxıb yalandan söz verdi, amma ortada əməl yoxdur. Ona görə də kimsə məndən Orxanla bağlı yalandan nəsə soruşmasın. Siz jurnalistlər yuxarılardan soruşun bunu”.

Xatırladaq ki, Orxan Zeynalov 2013-cü il oktyabrın 10-da Moskva ətrafındakı Biryulevo sakini Yeqor Şerbakovla aralarında yaranan mübahisə nəticəsində qətl törətməkdə ittiham olunur. O, istintaq və məhkəmə dövründə bu cinayəti törətmədiyini bəyan etsə də, istintaq və məhkəmə araşdırması zamanı Orxanın qətli törətdiyi iddia olunub. Orxan Zeynalov Moskva şəhər Məhkəməsinin qərarı ilə qətldə günahkar bilinərək, 17 il azadlıqdan məhrum edilib.

Ailəsinin bidirdiyinə görə, rəsmi qurumlar onun Azərbaycana ekstradisiya olunacağını bildirsələr də, bu, hələlik gerçəkləşməyib.


Paylaş:


Müəllif : Tarix:
15-10-2019, 13:45
  


loading...
Загрузка...