reklam
» » Müflis olan şikət, yarımçıq qalan tikinti, evsiz və pulsuz qalan sakinlər - Onların aqibəti necə olur?

reklam

Müflis olan şikət, yarımçıq qalan tikinti, evsiz və pulsuz qalan sakinlər - Onların aqibəti necə olur?


Ölkədə fəaliyyət göstərən tikinti şirkətlərindən biri müflis olduğunu elan edərək, məhkəməyə müraciət edib.

Söhbət Yasamal rayonu, M.Seyidov küçəsi, ev 41, mənzil 23-də yerləşən ”SKS Mənzil Tikinti” MMC-dən gedir.

Bu tikinti şirkəti müflis elan olunması ilə əlaqədar 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ərizə ilə müraciət edib.

Azərbaycanda müflisləşən tikinti şirkətlərinin sayı çox deyil. Amma tikinti şirkətinin iflas olması, insanların müflis olan şirkət tərəfindən tikilən mənzillər üçün öncədən ödədiyi vəsaitin batması deməkdir.

Müflisləşmə nədir?

Bildirək ki, müflisləşmə infrastrukturunda münasibətlər “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Azərbaycan qanunvericiliyinə görə, müflisləşmə borclunun öz öhdəliklərini ödəmə qabiliyyətinin olmamasıdır. Qanunvericiliyə görə həm hüquqi şəxs (müəssisə, təşkilat, idarə), həm də fiziki şəxs (fərdi sahibkar) borclu ola bilər. İflas olmanın isə qanunvericilik əsasında 2 yolu var: məhkəm və borclu müəssisənin özünün öz qərarı əsasında... Hansısa şirkət və ya təşkilatın borclu hesab edilməsi üçün məhkəməyə ərizə verilə bilər.

Həmin ərizəni isə həmin borclu şirkətin rəhbəri, yaxud tələbkarlar (şirkətin borclu olduğu tərəf) təqdim edə bilər. Məhkəmə məsələni araşdırdıqdan sonra müəssisənin müflisləşməsi təsdiq edilərsə, həmin müəssisəyə əmlak inzibatçısı təyin edir. Əmlak inzibatçısı isə məhkəmə qərarı qanuni qüvvəyə mindiyi gündən 15 gün ərzində ümumi yığıncaq keçirir. Bu kreditorların ilkin yığıncağı hesab olunur və burada inzibatçı məhkəmə qərarını onlara elan edir.

Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimli Cebhe.info-ya açıqlamasında deyib ki, istənilən tikinti şirkəti öz fəaliyyətini sığortalamalıdır:

“Şirkət müflis olanda sığorta öhdəliyi öz üzərinə götürür. Ümumiyyətlə, məhkəmə nə qərar çıxaracaqsa, o da olacaq. Bu halda yanaşma bir qədər fərqli olacaq. Əvvəlki təcrübələrə istinad etsək, yerli icra qurumları müflis olan şirkətin öhdəliklərini, təbii ki, onun xərclərini qarşılamaqla, başqa bir şirkətə tapşırır. Yeni şirkət onların yarımçıq qalan işlərini davam etdirir”.


Paylaş:


Müəllif : Tarix:
8-10-2019, 09:46
  


loading...
Загрузка...