reklam
» » Floradan Sami Yusifin “Sığmazam”ına reaksiya - Foto

reklam

Floradan Sami Yusifin “Sığmazam”ına reaksiya - Foto


Vətəni, onun mədəniyyətini, ədəbiyyatını, qəhrəmanını, keçmişini bu qürurlu Azərbaycanın hər bir övladı, hər bir vətəndaşı ürəyi ilə sevməli, ağlı ilə qorumalı və bunu özünə borc bilməlidir.

Kult.az xəbər verir ki, bu sözləri xalq artisti Flora Kərimova qeyd edib. O, Azərbaycan əsilli məşhur müğənni Sami Yusifin görkəmli şair, mütəfəkkir İmadəddin Nəsiminin “Sığmazam” qəzəli əsasında hazırladığı yeddi dəqiqəlik kompozisiyanı səhifəsində paylaşaraq yüksək qiymətləndirib.

“Bir klassiki tərənnüm etmək, onu tərif və vəsf etmək üçün musiqimizin sütunları - muğam və aşıq musiqisinin həmrəy olması gərəkdir. Gənc Sami Yusif və ona dəstək olanlar bu işin öhdəsindən layiqincə gələ bildilər. Dahi Nəsimiyə muğamımızla, sazın, tarın, kamanın dili ilə haray oldular, hörmət gətirdilər və dünyaya göstərdilər ki, əsl Azərbaycan, əsl Azərbaycan mütəfəkkiri və musiqisi budur. Sizləri öpürəm, səsinizə qüvvət”.

Qeyd edək ki, Azərbaycan əsilli britaniyalı məşhur müğənni Sami Yusifin görkəmli şair, mütəfəkkir İmadəddin Nəsiminin “Sığmazam” qəzəli əsasında yeddi dəqiqəlik kompozisiyası böyük əks-səda doğurub. Kompozisiyada xanəndə Təyyar Bayramov və Aşıq Samirə də yer alıb.




Paylaş:


Müəllif : Tarix:
12-09-2019, 10:52
  


loading...
Загрузка...