reklam
» » Əməkdar artistin oğlu: "Küçələrdə yatıram, zibil daşıyıram "

reklam

Əməkdar artistin oğlu: "Küçələrdə yatıram, zibil daşıyıram "


SSRİ əməkdar artisti, tanınmış sənətkar Fatma Mehrəliyanın oğlu Qabil Mehrəliyev əlacsız durumdadır.

Sənətkarın oğlu azxeber.com-a açıqlamasında küçələrdə yaşadığını və heç kimin ona dəstək olmadığını deyib.

Qabil Mehrəliyev deyib ki, hazırda küçələri süpürməklə pul qazanır: "Mənim 74 yaşım var, həyatda heç kimim yoxdur. Anam 2000-ci ildə vəfat edəndən sonra kimsəsiz qalmışam. Övladlarım da məni atıb gedib. Hazırda Dərnəgüldə küçələri süpürürəm, zibilləri daşıyıram, özümdə 1 metrlik "butka"da qalıram. Anamın sənətçi dostlarından, imkanlı şəxslərdən xahiş edirəm ki, mənə kömək etsinlər.


Paylaş:


Müəllif : Tarix:
4-09-2019, 18:01
  


loading...
Загрузка...