reklam
» » Allahverdi Yolçuyev çətin durumda: "Xəstəxanadayam, Hacı Nuran kömək edəcəkdi, amma..."

reklam

Allahverdi Yolçuyev çətin durumda: "Xəstəxanadayam, Hacı Nuran kömək edəcəkdi, amma..."


Xəbər verdiyimiz kimi aktyor Allahverdi Yolçuyev ağır Parkinson xəstəliyindən əziyyət çəkir. Aktyorun vəziyyəti pisləşmiş, o, müalicə üçün maddi imkanının olmadığını deyərək kömək istəmişdi.
“Yeni Sabah” aktyorun son durumu ilə maraqlanıb. 61 yaşlı aktyor saytımıza açıqlamasında əməliyyat üçün heç kəsin yardım etmədiyini dedi:
“Heç bir yardım olmadı. Elə indi də həkimdəyəm, hər gün həkimləri gəzirəm özüm (gülür). Müalicəm davam edir hələ də, indi də başqa həkimə gəlmişəm. Hərə bir şey deyir, nəbilim, artıq bezmişəm. Türkiyəyə getmək istəyirdim, o da alınmadı. Müəyyən qurumlar var ki, bu işlə məşğul olur. Mənə hələ heç kim heç nə deməyib".
Aktyor təkcə aparıcı Hacı Nuranın və 2 klinikanın ona yardımı toxunduğunu bildirib:
"Hacı Nuran paylaşandan sonra klinikalar məni dəvət etdilər. 2 klinika məni dəvət etdi, təmənnasız yardım etdilər, 10-15 gün müayinə, müalicə etdilər. Sağolsunlar, bunlar böyük məbləğdə puldur. Amma yenə əlim əsir. Bir müddət dayanır, sonra yenə əsmə başlayır. Ona görə istəyirəm Türkiyədə ya da Moskvada müalicə olunam ki, tam düzəlsin. Mən artıq bilmirəm kimə müraciət edim. Deyirlər ki, "yaz aparat”a. Deyirəm, “onlar o işə baxmır axı, bizim mədəniyyət sahəsinin öz problemləri var”. Mən özüm ömür boyu qapı döyməmişəm. Qapı döysəydim, ad da almışdım, ev də almışdım. Xoşum gəlmir. Xasiyyətim belədir, bilmirəm yaxşıdır ya pis amma belədir. Həssas adamam düzdür, amma ağlamağı, sızlanmağı sevmirəm. Nə olar, olar. Nəbilim, qolumdur əsir, qoy əssin. Deyirlər, gərək müalicəsini vaxtında edəsən.
Hacı Nuran da sağolsun, paylaşdı. Bəlkə də alınacaq. Bəlkə hələ də iş gedir. Nömrəsinə bir-iki dəfə zəng etmişəm, burda olmayıb yəqin, zəng çatmayıb”.


Paylaş:


Müəllif : Tarix:
2-09-2019, 17:49
  


loading...
Загрузка...