reklam
» » İlhamə ölümündən öncə Flora haqda bunları demişdi... – Video

reklam

İlhamə ölümündən öncə Flora haqda bunları demişdi... – Video


Bu gün xalq artisti İlhamə Quliyevanın doğum günüdür.

Kult.az xatırladır ki, Azərbaycanın görkəmli müğənnisi Tükəzban İsmayılovanın qızı İlhamə Quliyeva 17 avqust 1943-cü ildə Lənkəranda anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1965-1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-1980-cı illərdə isə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1980-cı ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin (Azkonsert) solisti olub. Repertuarına Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri daxildir.

İlhamə Quliyeva XX əsrin 80-cı illərində qısa müddətli ailə həyatı qurub. Çox qısa sürən bu evlilik zamanı o, hətta həyat yoldaşı Faiq Mirmöhsünovun soyadını daşıyıb. Lakin sənətkar ayrıldıqdan sonra öz soyadına qayıdıb.

İ.Quliyevanın İlqar Nəzərov adlı bir oğul övladı var. Əslində İlqar Nəzərov İlhamə Quliyevanın doğma oğlu deyil, xalası nəvəsidir.

İlhamə Quliyeva uzun illər sənəti ilə yanaşı həm də xalq artisti Flora Kərimova ilə aralarındakı konfliktlə gündəmə gəlib. Buna rəğmən, onlar zaman-zaman bir-biriləri haqqında müsbət fikirlər söyləyiblər. Bu barədə xalq artistləri vaxtilə ANS TV-də yayımlanan “A-dan Z-yə” verilişində danışıblar:

Flora Kərimova: “Mən səhnədə olanda qızım aşağıdan mənə deyir ki, sən yox, İlhamə xala oxusun”.

İlhamə Quliyeva: “Məni 2-3 nəfər istəməyə bilər. Amma danışan xanım sənətkardır. Ola bilər ki, bizim münasibətimiz heç mən ölənə qədər də olmasın, amma sənətkara qeyri bir söz demək günahdır. Ədalətli bir insanam. O ki qaldı xanımın qızına, o məni doğrudan da çox sevir, mən bunu çoxdan bilirəm. Allah onu xoşbəxt eləsin. Mən onun övladına xoşbəxtlik, özünə də cansağlığı arzu edirəm. Ola bilər ki, ölənə qədər mən onunla danışmayım. Qoy o yaşasın, onun sənəti, səs diapazonu çox böyükdür. Onun səs diapazonundan heç bir xanım müğənnidə yoxdur. Bunu açıq deyirəm. Amma bizimki tutmadı”.

Qeyd edək ki, İlhamə Quliyeva 25 fevral 2016-cı ildə tromboemboliyadan vəfat edib, fevralın 26-da İkinci Fəxri Xiyabanda anası Tükəzban İsmayılova və ögey atası Həbibulla Bayramovun yanında dəfn edilib.





Paylaş:


Müəllif : Tarix:
17-08-2019, 08:31
  


loading...
Загрузка...