reklam
» » Mahnısı ilə rekord qıran əcnəbi dicey qəzada öldü

reklam

Mahnısı ilə rekord qıran əcnəbi dicey qəzada öldü



DJ Arafat və Arafat Muana ləqəbləri altında çıxış edən musiqiçi Anj Didye Huon 33 yaşında dünyasını dəyişib.

RegionXeberleri.com qafqazinfo-ya istinadən xəbər verir ki, o, Əbidcan şəhərində baş verən yol-nəqliyyat hadisəsinin qurbanı olub. Motosikletdə hərəkət edən DJ Arafat avtomobilə çırpılıb. Musiqiçi dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, reanimasiya şöbəsində vəfat edib.

Qeyd edək ki, Anj Didye Huon 1986-cı il yanvarın 26-da anadan olub. O, dicey, müğənni və rəqs sənəti ilə məşğul olub.

DJ Arafatın "Moto Moto" adlı mahnısına çəkdirdiyi klipi Yutubda 1 sutka ərzində 1 milyondan çox baxış sayı toplamışdı. Musiqiçinin karyerası ərzində 11 studiya albomu işıq üzü görmüşdü.


Paylaş:


Müəllif : Tarix:
13-08-2019, 00:07
  


loading...
Загрузка...