reklam
» » Zamiq Avropa turuna çıxdı - Fotolar

reklam

Zamiq Avropa turuna çıxdı - Fotolar


Bir neçə gün sonra “Maya naqrada” adlı yay klipini təqdim etməyə hazırlaşan müğənni Zamiq Hüseynov Avropaya səyahət edib. 
O, həmkarlarından fərqli olaraq istirahət üçün Fransa və İspaniyanı seçib.
Zamiq Paris və Barselonadan fotolar paylaşaraq sözügedən məkanlara bir neçə dəfə gəldiyini bildirib. O, bundan öncəki səfərlərində Parisi bəyənmədiyini deyib:

“Bu şəhərdə çox olmuşam. Amma nədənsə heç vaxt bəyənmirdim. Bu dəfə sözün əsl mənasında vuruldum. Səyahəti çox sevirəm, harada oluramsa-olum, çalışıram ki, bütün şəhər, küçələri, tarixi yerləri piyada gəzim. Çox ölkələri gəzirəm, bəyəndiklərim də var, bəyənmədiklərim də... Amma mənim üçün dünyanın ən gözəl ölkəsi Azərbaycan, ən gözəl şəhəri Bakıdır”.
Zamiq artıq dördüncü dəfə Barselonada olduğunu da sözlərinə əlavə edib:

“Dördüncü dəfədir ki, bu şəhərdə oluram və hər dəfə başqa gözəlliklərlə rastlaşıram. Dünyanın bir neçə ölkəsində, şəhərlərində olmuşam. Yenə də anladım ki, ən sevdiyim şəhər Barselonadır. Hər küçəsini yetərincə, addım-addım gəzdim və daha da çox sevdim”.














Paylaş:


Müəllif : Tarix:
18-07-2019, 13:38
  


loading...
Загрузка...