reklam
» » Yarışın qalibi Salatın oldu - Fotolar

reklam

Yarışın qalibi Salatın oldu - Fotolar


Dünən Bakıda bodibildinq və fitnes bikini üzrə çempionat keçirilib.
Ümumilikdə yarışlarda 31 atlet iştirak edib. 

Fitnes-bikini kateqoriyasında əla fiqura nümayiş etdirərək Salatın Əsədova qalib olub.
Daha sonra yarış mens fizik kateqoriyası ilə davam edib. Bu yarışda boyu 170 sm-dək olan idmançılar arasında Elşən Nuri, boyu 176 sm-dək olanlar arasında Tural Aslanov, boyu 176 sm-dən yuxarı olanlarda isə İmaş Quluzadə qalib gəlib. 
Klassik bodibildinq üzrə ölkə kuboku uğrunda yarış çox gərgin şəraitdə keçib. Nəticədə boyu 175 sm-dək olan bodibilderlər arasında Murad İsayev, boyu 175 sm-dən hündür olanlarda Rauf Əliyev qalib olublar. Çəkisi 75 kq-dək olan idmançılar arasında kubokun sahibi Teymur Aslanov, 90 kq-dək olanlarda Əliyulla Abbaszadə, 90 kq-dan yuxarı çəkidə isə Şükran Soltanov olub. Bu tarış növündə hər bir bodibilder öz fərdi prqoramı ilə çıxış edib.
 




 


Paylaş:


Müəllif : Tarix:
20-05-2019, 09:05
  


loading...
Загрузка...