reklam
» » Tariyel Qasımov üsyan etdi: "Bəhram Osmanovu teatrdan çıxartmaq lazımdır"

reklam

Tariyel Qasımov üsyan etdi: "Bəhram Osmanovu teatrdan çıxartmaq lazımdır"


"Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanovu teatrdan çıxartmaq lazımdır. Osmanov teatrdan getməlidir. Əvvəlcə onu, sonra məni işdən çıxartsınlar. Ədalətli qərar belə olmalıdır."
Regionxeberleri.com bildirir ki, bu fikirləri Open.az-a özəl açıqlamasında Azərbaycanın görkəmli teatr və kino aktyoru, xalq artisti Tariyel Qasımov deyib. Martın 30-da Gənc Tamaşaçılar Teatrında təntənəli yubiley tədbiri keçirilən xalq artisti bildirir ki, Bəhram Osmanov bu mərasimin keçirilməsini istəməyib.
"Mənim yubiley mərasimimi əməkdar artist Nicat Kazımov hazırlamışdı. Özü də çox gözəl, yüksək səviyyədə təşkil etmişdi. Amma teatrın baş rejissoru Bəhram Osmanov 80 illik yubileyimlə bağlı təşkil olunan təntənəli mərasimin keçirilməsinə imkan vermirdi. Mane olmağa çalışırdı. Ümumiyyətlə, Bəhram Osmanov teatrda olmamalıdır. Mənimlə və xalq artisti Yasin Qarayevlə müqavilə bağlayıblar. Hər tamaşaya görə bizə 30-40 manat pul veriləcək. Ayda bir-iki tamaşamız ancaq olar. Belə pula görə, rayondan gəlib-getmək mənə sərf etmir. Ona görə də teatrdan tamamilə işdən çıxmaq lazımdır. Vəziyyət bunu göstərir. Vaxtilə Cənnət Səlimova teatra gələndə mənim bütün tamaşalarımı repertuardan çıxardı. Bütün rolları özünün sevimli aktyorlarına verdi. Sonra da Bəhram Osmanov gəldi və quruluş verdiyi tamaşalarda bütün rolları sevimli aktyorlarına verdi. Beləcə, hər rejissorun sevimli aktyorlarının olmasının və rolsuz qalmamızın əziyyətini çəkmək bizim kimi sənətkarların qismətinə düşdü. Teatrda Bəhram Osmanov və qızının tamaşaları oynanılır. Əslində məndən əvvəl teatrdan Bəhram Osmanovu uzaqlaşdırmaq lazımdır. Əvvəlcə o, getsin."
Xatırladaq ki, bir müddət əvvəl Gənc Tamaşaçılar Teatrının yaşı 65-i ötmüş bir neçə sənətkarı təqaüdə göndərilib.


Paylaş:


Müəllif : Tarix:
1-04-2019, 12:14
  


loading...
Загрузка...