reklam
» » "Zeynəb Xanlarovanın villası..." — Brilliantdan SƏRT SÖZLƏR

reklam

"Zeynəb Xanlarovanın villası..." — Brilliantdan SƏRT SÖZLƏR



Xalq artisti Brilliant Dadaşova Zeynəb Xanlarova əleyhinə yazılan yazılara sərt reaksiya verib.

RegionXeberlri.com teleqraf.com-a istinadən xəbər verir ki, müğənni özünün İnstaqram hesabında yayım açaraq izləyicilərinə şikayət etmək istədiyini qeyd edib.

"Qarşıma bir xəbər çıxdı, Zeynəb Xanlarovanın şəklini qoyublar, yanında da evinin rəsmi. Yazıblar ki, Zeynəb Xanlarovanın villasıdır. Bunu müsbət deyil, elə bil onun ayıbı kimi, mənfi formada qələmə vermək istəyiblər. Birincisi, onlara demək istəyirəm ki, Zeynəb Xanlarova statusunda olan dünya ulduzlarının sadəcə öz Vətənində deyil, dünyanın bir çox ölkələrində villaları var. İkincisi, Zeynəb Xanlarova iki dəfə dünyanı dövr etmiş sənətçimizdir. Necə ki, Flora Kərimova üçün demişdim, eləcə də Zeynəb Xanlarova haqda demək istəyirəm ki, Azərbaycan mədəniyyətini 50 ildən çoxdur ki, təbliğ edən insandır", - deyə Brilliant Dadaşova vurğulayıb.


Paylaş:


Müəllif : Tarix:
31-03-2019, 21:11
  


loading...
Загрузка...