reklam
» » “Sizə yazıqlar olsun... Dozası çox olur, deyəsən” - Afət Floranı “yıxıb-sürüdü”

reklam

“Sizə yazıqlar olsun... Dozası çox olur, deyəsən” - Afət Floranı “yıxıb-sürüdü”


“Nəsimi ilə Allahı bir tutduğunuza görə sizə yazıqlar olsun”.
Bu sözləri müğənni Afət Fərmanqızı Xalq artisti Flora Kərimovaya cavab olaraq deyib.

“Flora xanım, əvvəla “Nəsimi yuxumda deyib” məsələsini hamı bilir ki, zarafatla demişdim və açıqlaması verilmişdi. Nəsimi ilə Allahı bir tutduğunuza görə sizə yazıqlar olsun. Nəsimi kimi şairler çoxdu, amma, Allah təkdi! Nəsiminin şəkli hər yerde var, amma, Allah gözəgörünməzdi! Allah sizin lağ yeriniz deyil. Qaldı ki, mənim Nəsimidən oxumağım konstitusiyamıza zidd olsaydı, aidiyyatı orqanlar bununla bağlı ölçü götürərdi ve məni cinayət məsuliyyətinə cəlb edərdilər.

Demək ki, mən qanunu pozmamışam. Kimlərsə mənim o mahnıya görə pul qazanmağımı həzm edə bilmirsə, pişik-ət məsələsi. Bəs, belə Nəsimi məsələsi heysiyyatınıza toxunubsa, Nəsimi bazarının adını avtobuslarda oxuyanda, bazarın yanından keçəndə, niyə demirsiz ki, Nəsimi nə alverçisi olub? Parikinizi çıxartdığınıza görə sizi təbrik edirəm, amma o sidik icmə məsələsi deyirdiniz aaa, bax onu etməyin! Hərdən dozası deyəsən çox olur”

Xatırladaq ki, buna qədər Flora Kərimova ATV-də yayımlanan “Zaurla Günaydın” verilişində Afət Fərmanqızına söz atıb.

"Gedirəm "operasiya"ya. Gedim özümü bir az düzəldim. Nəsimini bərbad hala salan Afət var e, o demişdi ki, "Yatdım yuxuda Nəsimini gördüm. Dedi ki, oxu mənim mahnımı". Mən də yatdım, yuxuda bir də gördüm qurban olduğum Allah mənə deyir ki, "Mən səni belə yaratmamışam, belə də qəbul eləmirəm. Mən sənə 78 ildir dözürəm. Get özünü düzəlt, sonra gələrsən hüzuruma". Beynimə düşüb, vəssəlam".


Paylaş:


Müəllif : Tarix:
30-11-2019, 19:48
  


loading...
Загрузка...