reklam
» » Rus şirkəti Ceki Çan ilə Arnold Şvasneggeri məhkəməyə verdi

reklam

Rus şirkəti Ceki Çan ilə Arnold Şvasneggeri məhkəməyə verdi


“Vii 3D” filmini yaradan Rusiya Film Qrupu Çin Film Qrupuna, habelə Arnold Şvasnegger və Ceki Çan-a qarşı iddia qaldırıb. Qrup məhkəməyə müraciət etdiyini açıqlayıb.
Rus şirkəti Çində müvəffəqiyyətsizlikdən sonra aktyorların baş rol aldığı "Vii 3D"və "Əjdaha çapının sirri" seriallarından 216 milyon rubldan çox pul tələb edir. RFG şirkəti maliyyələşdirdiyi filmdən indiyə qədər gəlir əldə edə bilmir.

İstehsalçı Aleksey Petruxin RFG-nin tələblərinin ümidsiz olduğunu düşünür. Onun sözlərinə görə, ayrılan vəsait nə şirkətin özünə, nə də özəl investorlara aid deyildi. Vəsait kino fondundan alınıb. Rusiyalı izləyicilər filmi sentyabrdan izləyə biləcəklər.

Qeyd edək ki, bu zamana qədər dünya ulduzları Rusiya kompaniyaları tərəfindən məhkəməyə verilməyib.


Paylaş:


Müəllif : Tarix:
23-08-2019, 13:53
  


loading...
Загрузка...