reklam
» » Ağdam Rayon İcra Hakimiyyəti sakinlərin şikayəti ilə maraqanmır - GİLEY

reklam

Ağdam Rayon İcra Hakimiyyəti sakinlərin şikayəti ilə maraqanmır - GİLEY


Ağdam rayonunun Səfərli kənd sakinləri susuzluqdan dilə gəlib.

Regionxeberleri.com Yenicag.az-a istinadən xəbər verir ki, Ağdam rayonunun Səfərli kənd sakinləri uzun illərdir ki, susuzluqdan əziyyət çəkir. Kənd sakinləri həm içməli, həm də suvarma üçün suya həsrət qalıb. Səfərli kəndindəki yeganə su mənbəyi isə ötən əsrin ortalarında inşa edilib.

Sakinlərin sözlərinə görə, kənddə ümumiyyətlə, krantlaşdırma işləri heç vaxt aparılmayıb. Kənddə cəmi bir krantın olması isə problemlər yaradır. Belə ki, uzun-uzadı su növbəsi yaranır və bu zaman mübahisələrə səbəb olur. Yay aylarında yeganə su mənbəyi demək olar ki, quruyacaq hala gəlir. Yalnız qışda nisbətən suda artım olur.

Ağdam rayonu ərazisində 35 artezian quyusunun qazılması ilə bağlı göstəriş verilsə də, Səfərli kəndi bu qərardan payını ala bilməyib. Kənd sakinləri problemləri ilə bağlı rayon icra hakimiyyətinə, müvafiq qurumlara müraciət ünvanlasa da, problemləri hələ də qalmaqda davam edir.

Ümumiyyətlə, Rayon İcra Hakimiyyəti sakinlərin şikayəti ilə maraqanmır. Bu səbəbdən də, Səfərli kənd sakinləri Azərbaycan Respublikası prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehiban Əliyevaya müraciət ünvanlayaraq, su problemlərinin həll edilməsi üçün xahiş ediblər.


Paylaş:


Müəllif : Tarix:
16-08-2019, 16:59
  


loading...
Загрузка...