reklam
» » Pomidorun qiyməti ilə bağlı son xəbər – Bazarda nə yenilik var?

reklam

Pomidorun qiyməti ilə bağlı son xəbər – Bazarda nə yenilik var?


Pomidorun qiymətinin artması bir neçə gündür davam edir və bu proses narahatlıqla qarşılanmaqdadır.“Yeni Sabah”ın əməkdaşı Keşlə Bazarında olub və qiymətlərin dəyişib-dəyişməməsi ilə maraqlanıb.
Saat 12:18-də bazarda olmağımıza baxmayaraq alıcıların sayı kifayət qədər az idi.
Satıcılar bildirdilər ki, əvvəlki günlərlə müqayisədə az da olsa pomodorun qiymətində ucuzlaşma var: “ Hazırda 1 manatdan başlayır qiymət. Son 10-15 gündə 1.50 manatdan başlayırdı. Amma indi bir qədər ucuzlaşıb və 3 manata kimi artır. 
Məcbur olan onsuz da axır-əvvəl alır. Amma əvvəl 2 kilo alırdısa, indi 1 kilo alıb qayıdır”.
Digər məhsullarda isə ciddi qiymət dəyişikliyi olmayıb. Məsələn, xiyarın qiyməti 80 qəpiklə 1.50 AZN arasındadır. Lobya 2 manat, badımcan isə 50 qəpikdir.  Amma əvvəl 1manat olan soğan indi 70-80 qəpikdir.
Satıcıların sözlərinə görə, Bakı pomidoru digərlərindən daha bahadır: “Bakı pomidorunu 1.50 AZN-ə alırıq. Rayon pomidorları isə yeşiklə gəlir və 1-1.10AZN-ə alınır. Nəticədə ən azı 1.50 AZN-ə satmalı oluruq. Məhsul azaldıqda isə satış qiyməti maya qiymətinə yaxınlaşır”.
Alıcılar da qiymətlərdən şikayət edir. 
Piştaxtalarının bəzilərində olduca az məhsulları olan bazar satıcılardan birinin iddiasına görə isə pomidorların qiymətinin qalxmasına əsas səbəbi bu tərəvəzə xəstəlik düşməsi olub: “Parniklər də tez qurtarıb. Üstəlik ştillər də yanıb. Hava da tez-tez dəyişir. Bunlar hamısı məhsul yığımına təsir edir. Necə ki, biz şikayətlənirik, alıcılar da şikayətlənir”. 
Elnarə İlham

Pomidorun qiyməti ilə bağlı son xəbər –
Pomidorun qiyməti ilə bağlı son xəbər –
Pomidorun qiyməti ilə bağlı son xəbər –
 


Paylaş:


Müəllif : Tarix:
17-07-2019, 18:26
  


loading...
Загрузка...