reklam
» » Nazirlər Çindən gələn qatarı qarşıladılar - Foto

reklam

Nazirlər Çindən gələn qatarı qarşıladılar - Foto


Çindən yola düşən daha bir blok qatar Azərbaycana çatıb. Abşeron Logidtika Mərkəzində qatarın qarşılanma mərasimi keçirilib. 
Mərasimdə İqtisadiyyat naziri Şahin Mustafayev, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov,  Sian şəhəri Xalq hökumətinin vitse-meri Qao Qao, Şansi vilayətinin Kommersiya Departamentinin direktor müavini Tan Yuntanq iştirak ediblər.
Layihə  bu ilin aprel ayında Pekində 2-ci “Bir kəmər, bir yol” Forumunda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri C. Qurbanovun iştirakı ilə qurumun  törəmə şirkəti olan “ADY Konteyner” MMC və Çinin “Xi’an Continental Bridge International Logistics Co. Ltd” şirkəti arasında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə hərəkət edən konteyner qatarlarının təşkili üzrə əməkdaşlıq çərçivəsində baş tutub. Hər iki şirkət  2019- cu ildə 30  konteyner qatarı (2460TEU) buraxmağı planlaşdırır.
Mərasimdə çıxış edən nazir Ş.Mustafayev Azərbaycan-Çin münasibətlərinin inkişafından danışıb, Prezident İlham Əliyevin 2015-ci ildə Çin Xalq Respublikasına tarixi səfərini qeyd edib.
 Cavid Qurbanov çıxışında blok qatarları ilə yüklərin  çatdırılma müddətinin qısaldılması istiqamətində görülən işlərdən, dəmir yolunda aparılan islahatlardan danışıb. Əverişli coğrafi mövqeyə malik,  “Böyük İpək yolu”nun üzərində yerləşən  Azərbaycanın TransXəzər Beynəlxalq Nğqliyyat Marşrutunun əsas iştirakçısı olduğunu qeyd edib.
 Qeyd edək ki, “Sian-Bakı” ilk  blok qatarı 21 ədəd 45 futluq və 15 ədəd 40 futluq konteynerdən ibarətdir.

Nazirlər Çindən gələn qatarı qarşıladılar - Foto
Nazirlər Çindən gələn qatarı qarşıladılar - Foto
 



Paylaş:


Müəllif : Tarix:
6-07-2019, 16:07
  


loading...
Загрузка...