reklam
» » Banklar cibimizi bundan sonra da talayacaq? - Soyğunçu faizlər qüvvədə qaldı

reklam

Banklar cibimizi bundan sonra da talayacaq? - Soyğunçu faizlər qüvvədə qaldı


“Banklar haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsi Milli Məclisin martın 29-da keçiriləcək plenar iclasının gündəliyindən çıxarılması barədə məlumat vermişdik.

Buna səbəb qanun layihəsində Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) verilməsi nəzərdə tutulan səlahiyyətin mübahisəli olması olub.

Belə ki, dəyişikliklə bank faizlərinin yuxarı həddinin məhz Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müəyyənləşdirilməsi nəzərdə tutulurdu ki, bu da mövcud prosedurlara və qaydalara uyğun gəlmir.Bu məsələnin MBNP-dan daha çox, Mərkəzi Bankın səlahiyyətində olduğu nəzərə alınaraq, dəyişiklik məqsədəuyğun hesab edilməyib və qanun layihəsi son anda gündəlikdən geri çəkilib.

“Banklar haqqında” qanuna 36.6-1-ci maddə əlavə edilirdi.Əlavə edilən 36.6-1-ci maddəyə əsasən, bankların müştərilərlə bağladığı kredit müqavilələri üzrə faiz dərəcələrinin, komisyon haqların və göstərilən bank xidmətləri üçün digər ödənişlərin yuxarı həddi maliyyə bazarlarına nəzarət orqanı (Palata) tərəfindən müəyyən edilir.

Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin üzvü Asim Zülfüqarov məsələni şərh edərək bildirmişdi ki, “Banklar haqqında” qanuna edilən düzəliş vətəndaşların sosial rifahının yaxşılaşdırılması, istehlakçıların hüquqlarının qorunması baxımından böyük əhəmiyyət daşıyır.İnsanlara daha aşağı faizlə güzəştli kreditlər veriləcək.Dəyişiklik banklar arasında da ədalətli rəqabət mühiti yaradacaq.

Görünən odur ki, Mərkəzi Bank sədri Elman Rüstəmov öz sahəsinə müdaxiləyə imkan vermədi və Maliyyə Bazarlarına Nəzarət Palatasının təklifi havada qaldı.Əslində Palatanın rədd edilən "kredit faizlərinə hədd" təklifi maraqlı və bir o qədər də müsbət idi.Bununla banklar öz istəklərini həyata keçirdilər, məlum oldu ki, oliqarx bankirlər öz bildiklərini etməkdə və kredit faizi ilə insanları çətin duruma salmaqda davam etmək istəyirlər.

Qeyd edək ki, iqtisadçılar kredit faizlərinə yuxarı həddin müəyyən edilməsini doğru qərar hesab etmirlər.Onlar parlamenti bu dəyişikliyi qəbul etməkdən vaz keçməyə çağırmışdılar.İqtisadçılar hesab edirlər ki, kredit faizlərini və xidmət haqlarını bazar tənzimləməlidir.

Hüquqşünas, bank məsələləri üzrə ekspert Əkrəm Həsənov “Cümhuriyət” qəzetinə bildirib ki, sözügedən dəyişikliyin qəbul edilməməsində bankların açıq-aşkar təzyiqinin olduğu görünür:

“Bu təklifi 5 il əvvəl alman professoru ilə birlikdə hökumətə təqdim etmişdik. Bu, sırf borc münasibətlərinin tənzimlənməsi, kredit və Mülki Məcəlləyə istehlak kreditləri haqqında paraqraf layihəsi idi.Həmin paraqrafda belə bir maddə nəzərdə tutmuşduq ki, vətəndaşlarla bağlanmış istehlak kreditləri müqaviləsi üzrə faiz dərəcəsinin yuxarı həddi Nazirlər Kabineti tərəfindən müəyyən edilsin.Qanunda nəzərdə tutulmuşdu ki, yalnız banklar deyil, istehlak krediti verən bank olmayan kredit təşkilatlarının (BOKT) və ya lombardların hamısına yüksək faiz dərəcəsi müəyyən edilsin. O zaman banklar Mərkəzi Bankla birgə bu layihənin qəbul olmasına təzyiq göstərdilər. Hesab edirəm ki, indi də bu qanuna dəyişikliyin qəbul olmasına banklar imkan vermir”.

Hüquqşünas onu da qeyd edib ki, bəzi ekspertlər kredit faizlərinə yuxarı həddin müəyyən edilməsini doğru qərar hesab etmirlər. Əkrəm Həsənov bu fikirlərlə razı olmadığını deyib:

“Ekspertlər deyir ki, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq faizlər də sərbəst müəyyən olunmalıdır. Amma onlar bilmirlər ki, söhbət bütün növ kreditlərdən yox, məhz istehlak kreditlərindən gedir.Sahibkar və yaxud şirkətlər bankdan kredit götürən zamanı danışıqlar apara və seçim edə bilir.Yəni, özlərini qoruya bilir. Amma vətəndaşlar banka deyə bilməz ki, krediti onun təklif etdiyi faizlə versin. Banklar, BOKT-lar və eləcə də lombardlar vətəndaşların ağır vəziyyətindən sui-istifadə edib yüksək faizlərlə kredit verirlər.Faiz dərəcəsinin Palata və yaxud Nazirlər Kabineti tərəfindən müəyyənləşməsinin fərqi yoxdur.Əlbəttə ki, faiz dərəcəsi bazar uyğun müəyyənləşəcək.Əgər sözügedən qanun layihəsi sırf bankların narazı olduğuna görə qəbul olunmayıbsa, bu, çox pis haldır.Amma ona görə qəbul olunmursa ki, bu səlahiyyət Palataya verilir, bununla razıyam.Ümumiyyətlə, bu səlahiyyət nə Palataya, nə də Mərkəzi Banka verilə bilməz.Bu səlahiyyəti bank sisteminin tərkibində olan subyektlərə vermək olmaz.Çünki Mərkəzi Bank da, Palata da bankların hesabına maliyyələşən qurumdur.Banklar Palataya rəsmi olaraq illik ödəniş edirlər.Palata da o vəsaitlə dolandığı üçün banklardan və BOKT-dan asılıdır.Ona görə də kreditlərin yüksək faiz həddini Nazirlər Kabineti müəyyən etməlidir.Qanun ancaq banklara görə deyil, BOKT-lara və lombardlara görə də təkminləşdirilməlidir”.


Paylaş:


Müəllif : Tarix:
1-04-2019, 10:31
  


loading...
Загрузка...