reklam
» » İranda yanacağın kəskin bahalaşması bizdə də qiymət artımına səbəb olacaq - DİQQƏT

reklam

İranda yanacağın kəskin bahalaşması bizdə də qiymət artımına səbəb olacaq - DİQQƏT


Xəbər verdiyimiz kimi, İranda benzinin qiymətini gözlənilmədən qaldırması və satışına məhdudiyyət qoyulması ilə bağlı qərar qəbul edilib. Bu da qonşu ölkədə iğtişaşlara səbəb olub.
Uzun müddət İranda yaşamış, mühacirət etdikdən sonra 12 ildir ki, Azərbaycanda məskunlaşan Araz Obalı bildiri ki, İranda benzinin satış qiyməti 2 dəfə bahalaşıb. Bundan sonra benzinin 1 litri 7500 İran rialına yox, 15 min riala (0,36 ABŞ dolları) satılacaq. Eyni zamanda, benzinin aylıq satış limiti də qüvvəyə minib. Adambaşına ay ərzində 60 litrdən artıq benzin ltri 15 min rialdan satıla bilməz. Limit aşılarsa, 60 litrdən artıq olan hər litrə görə 30 min rial ödənməlidir. Buna qədər sürücülər ayda 250 litrə qədər benzini 10 000 riala ala bilirdilər.

Məlum olduğu kimi, yanacağın bahalaşması həmin ölkədə bir çox ərzaq və qeyri-ərzaq məhsulların da bahalaşmasına gətirib çıxarır. Bəs bu bahalaşmanın Azərbaycana hansı təsirləri olacaq? Çünki Azərbaycanda İrandan bir çox kənd təsərüffatı, qida və qeyri-qida məhsulları idxal edir. İrana səfər edən vətəndaşlarımız da orada bir çox məhsulların bahalaşdığını deyirlər.

Bununla bağlı “Yeni Sabah”a danışan Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, bu bahalaşma xidmətlərə öz təsirini göstərəcək:

“Azərbaycan Respublikası müstəqillik əldə edəndən sonra qəti şəkildə neft və neft məhsulları idxal etməyib. Bu bahalaşmanın Azərbaycana hansısa bir təsirini hiss etməyəcəyik. Bunu qonşu Ermənistan hiss edə bilər. Ermənistanın neft məhsulları ilə təchizatı İran üzərindən həyata keçirilir. Bir müddət İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə dizel yanacağı gətirilirdi. Lakin bu daşınma çox kiçik miqdarda baş verib. Çünki İrandan buraya iri tonajlı yük maşınları gəlirdi. Onlar böyük yanacaq çənləri quraşdırırdılar. Onların bir qismini gətirib Azərbyacanda satırdılar. Çünki iki ölkə arasında 10 dəfəyədək fərq var idi. Ancaq sonradan bu tipli əməllər faktiki olaraq aradan qaldırılıb”.

İ.Şaban həmçinin İrandan ölkəmizə gətirilən tikinti və ərzaq məhsullarında bahalaşma olub-olmayacağı məsələsinə də toxunub. O, qonşu ölkədən Azərbaycana gətirilən məhsulların da bahalaşacağını bildirib:

“Yanacaq elə bir amildir ki, multifikator rolunu oynayır. Xidmətlərə öz təsirini göstərir. Ona görə hesab etmək olar ki, qiymətlər qalxacaq.

5-6 il bundan öncə Azərbaycanın sərhəd rayonlarından İrana həftəlik ərzaq dalınca gedirdilər. Amma son 1-2 ilə nəzər yetirsəniz, görəcəksiniz ki, tezlikdə xeyli azalma var. Bunun səbəbi tətbiq olunan sanksiyalar, 2015-ci ildə neftin qiymətin aşağı düşməsi və s. hesab oluna bilər. İranda bununla bərabər bəzi güzəştlər ləğv edildi və qiymətlər artdı. Bu hal mütəmadi baş verir. Son 5-6 ildə benzinin qiyməti artıq 3-cü dəfədi ki, qalxır”.

O bu bahalaşmanın İran-Azərbaycan arasında imzalanmış layihələrə də heç bir təsiri olmayacağını vurğulayıb.

Qeyd edək ki, ötən ilin ilk yeddi ayında İranın Astara gömrüyündən 184 milyon dollar dəyərində 441 min ton qeyri-neft məhsulu ixrac olunub və 124 milyon dollar dəyərində 117 min ton məhsul idxal edilib. bunu İran Astara Gömrük İdarəsinin baş direktoru Rəsul Ümidi deyib. İranlı rəsmi qeyd edib ki, bundan əvvəlki ilin analoji dövrü ilə müqayisədə bu il qeyri-neft məhsullarının ixracı çəki və dəyər baxımından artıb: "Daxil olan məhsullar əsasən ağac materialları, neft məmulatları, pambıq, süni liflər, dəmir külçələr, mis, süni şüşə lifi və dəmir laylardır. Bu məhsullar Azərbaycan, Rusiya, Gürcüstan və Ukraynadan Türkiyə, İraq və Birləşmiş Ərəb Əmirliklərinə nəql olunub. Ötən 7 ayda xarici tranzitin həcmi 155 min ton məhsul olub. 748 milyon dollar dəyərində elektirk vasitələri, minik avtomobilləri, mebel, texniki avadanlıqlar, səhiyyə avadanlıqları, tikinti materialları, kristal qablar, paltar, kimyəvi maddələr və kənd təsərrüfatı məhsulları isə Azərbaycan, Rusiya, Gürcüstan və Ukraynaya nəql olunub".

R.Ümidi vurğulayıb ki, qeyd olunan müddət ərzində 10 milyon dollar dəyərində 2 min 496 ton məhsul əsasən Azərbaycana ixrac olunub və məhsullar ərzaq maddələri, kauçuk və kənd təsərrüfatı məhsulları olub.


Paylaş:


Müəllif : Tarix:
18-11-2019, 14:12
  


loading...
Загрузка...