reklam
» » Vergi borclarının bir hissəsi - ÜMİDSİZ SAYILIB SİLİNƏCƏK

reklam

Vergi borclarının bir hissəsi - ÜMİDSİZ SAYILIB SİLİNƏCƏK

Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər qüvvəyə minərsə 2020-ci ildən məhkəmə qərarı ilə vergi ödəyicinin əmlakına yönəldilmiş vergi borcu məhkəmə qərarından 5 il ötdükdən sonra ÜMİDSİZ BORC hesab edilərək silinəcək.

Regionxeberleri.com FED.az-a istinadən xəbər verir ki, bu barədə vergi eksperti Vəli Əliyev bildirib. Onun sözlərinə görə, yenilik, Məcəlləyə aşağıdakı məzmunda 93.1.3-cü maddənin əlavə edilməsi ilə bağlıdır:

“93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə.”;

Qeyd edək ki, məcəllədəki Maddə 93 ümidsiz borcların silinməsi qaydalarını tənzimləyir.


Paylaş:


Müəllif : Tarix:
2-11-2019, 12:04
  


loading...
Загрузка...