reklam
» » Azərbaycanda daha bir şirkət parçalanır – ƏSAS SƏHMDAR TƏRK EDİR

reklam

Azərbaycanda daha bir şirkət parçalanır – ƏSAS SƏHMDAR TƏRK EDİR


Azərbaycanda daha bir şirkətin əsas səhmdarı əmlakını da götürərək şirkəti tərk edir.

Regionxeberleri.com FED.az-a istinadən xəbər verir ki, “Qala-STB” ASC səhmdarlarının 28 noyabrda keçiriləcək ümumi yığıncağında əsas səhmdarın müraciəti ilə “Qala-STB” ASC-nin əmlakından ayrılaraq bölünməsi məsələsi müzakirə ediləcək.

Bundan başqa, iclasda

- “Qala-STB” ASC-nin əmlakının, hüquq və öhdəliklərinin bölünmə balansına uyğun olaraq əsas səhmdar və cəmiyyət arasında bölünməsi məsələsinin müzakirəsi.

- “Qala-STB” ASC-nin əmlakının, hüquq və öhdəliklərinin bölgüsü ilə əlaqədar tərtib olunmuş bölünmə balansını və təhvil-təslim aktını imzalamaq səlahiyyətinin cəmiyyətin sədrinə həvalə edilməsi məsələsinin müzakirəsi.

- Əsas səhmdarın “Qala-STB” ASC-dən ayrılması ilə əlaqədar cəmiyyətin nizamnamə kapitalının həcminin və səhmdarların nizamnamə kapitalında səhmlərinin miqdarının müəyyən edilməsi.

- Əsas səhmdarın “Qala-STB” ASC-dən ayrılması ilə əlaqədar cəmiyyətin dövriyyədən çıxarılacaq səhmlərinin miqdarının müəyyən edilməsi.

- Əsas səhmdarın “Qala-STB” ASC-dən ayrılması ilə əlaqədar cəmiyyətin nizamnaməsinə edilən əlavə və dəyişikliklərin müzakirəsi.

- Əsas vəsaitlərin inventarlaşdırılması, müstəqil auditorun rəyinin, maliyyətəsərrüffat fəaliyyətinin müzakirəsi nəzərdə tutulub.


Paylaş:


Müəllif : Tarix:
16-10-2019, 09:46
  


loading...
Загрузка...