reklam
» » Zlatandan yeni rekord

reklam

Zlatandan yeni rekord


“Los Anceles Qalaksi”nin hücumçusu Zlatan İbrahimovç yeni rekorda imza atıb.

Qol.az xəbər verir ki, isveçli forvardın rekordu MLS liqasının 25-ci turunda “Sportinq Kanzas Siti”ni məğlub etdikləri (7:2) görüşdə qeydə alınıb.

Matçda het-trik edən 38 yaşlı futbolçu mövsümdəki qollarının sayını 26-ya çatdırıb. Zlatan bununla da, “Los Anceles Qalaksi”nin heyətində bir mövsümdə ən çox qol vuran futbolçu adına yiyilənib.

Qeyd edək ki, İbrahimoviçdən əvvəl bu rekord Karlos Ruisə aid idi. Ruis 2002-ci ildə bir mövsümdə 24 qol vurmuşdu.


Paylaş:


Müəllif : Tarix:
16-09-2019, 20:51
  


loading...
Загрузка...