reklam
» » “Neftçi”-“Sumqayıt” oyununda dava - Kapitan oyunçuya sillə vurdu + Foto

reklam

“Neftçi”-“Sumqayıt” oyununda dava - Kapitan oyunçuya sillə vurdu + Foto


Futbol üzrə Azərbaycan Premyer Liqasının 3-cü turunun “Neftçi” - “Sumqayıt” matçında qalmaqal düşüb.
Yarşılaşmaya əlavə olunmuş dəqiqələrdə “Neftçi” feyr-pleyə əməl etmədən rəqib qapısına yol tapıb. Belə ki, 90+3-cü dəqiqədə “Sumqayıt”ın futbolçusu zədələnərək yerdə qaldığından qapıçı Mehdi Cənnətov topu kənara çıxardı. Amma “Neftçi” oyunu dərhal bərpa etdi və topu rəqibə vermədən, gedib qol vurdu. Məhz Stiven Monrozun 90+4-cü dəqiqədə vurduğu qoldan sonra meydanda ara qarışdı.
“Sumqayıt”ın kapitanı Vurğun Hüseynov qeyri-etik jest edən Anton Krivotsyukun üzərinə gedərək onun başına sillə vurub. Krivotsyuk ikinci sarı vərəqə, Vurğun isə birbaşa qırmızı vərəqə ilə meydandan qovuldu. Gərginlik zamanı “Neftçi”nin məşqçisi Etibar Tarverdiyev də qonaqların çalışdırdıcısı Ayxan Abbasovu vurdu. Amma oyun qurtaran kimi Ayxan Etibarın üstünə getsə də, Tarverdiyev onu qucaqlayıb öpüb.





Paylaş:


Müəllif : Tarix:
1-09-2019, 21:49
  


loading...
Загрузка...