reklam
» » Gimnastımız erməni rəqibini də geridə qoyub birinci oldu - FOTO

reklam

Gimnastımız erməni rəqibini də geridə qoyub birinci oldu - FOTO

Gürcüstanın Batumi şəhərində keçirilən açıq turnirdə Azərbaycan gimnastları yüksək peşəkarlıq nümayiş etdirərək rəqiblərini arxada qoymağı bacarıblar.

Regionxeberleri.com Oxu.Az-a istinadən məlumat verir ki, Türkiyə, Azərbaycan, Rusiya, Gürcüstan, Ukrayna, Özbəkistan, Qırğızıstan və Ermənistan komandalarının iştirak etdiyi turnirdə ən güclü 9-10 yaşlı batutçular müəyyənləşib.

İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin yetirməsi olan Ammar Baxşəliyev istər yarımfinalda, istərsə də final çıxışlarında öz rəqibləri arasında üstünlük əldə etməyi bacarıb.

Finalda erməni rəqibindən də üstün olan gimnastımız I yerə layiq görülüb.






Paylaş:


Müəllif : Tarix:
24-08-2019, 17:14
  


loading...
Загрузка...