reklam
» » İntizam Komitəsi oyunun ikinci hissəsinə gecikən komandanı cərimələyib

reklam

İntizam Komitəsi oyunun ikinci hissəsinə gecikən komandanı cərimələyib


AFFA İntizam Komitəsi növbəti iclasında Azərbaycan I Divizionunda çıxış edən klubların yol verdikləri səhvlərə görə cəzalarını açıqlayıb.

Regionxeberleri.com "Report"-a istinadən xəbər verir ki, XIX turdakı "Keşlə-2" - "Kəpəz" matçının ikinci hissəsi paytaxt təmsilçisinin səhlənkarlığı ucbatından 3 dəqiqə gec başlayıb. Klub bunun üçün 240 manat məbləğində cərimə olunub.

Komitə MOİK-ə isə 80 manat cərimə kəsib. Buna səbəb "Səbail-2" ilə ev matçında xərək daşıyan uşaqların sayının əsasnaməyə uyğun olmamasıdır.


Paylaş:


Müəllif : Tarix:
19-03-2019, 15:33
  


loading...
Загрузка...