reklam
» » Kiçik yaşlı şahmatçımızdan gümüş medal

reklam

Kiçik yaşlı şahmatçımızdan gümüş medal


Belarusun paytaxtı Minsk şəhərində 8,10 və 12 yaşlı uşaqlar arasında Rapid və Blitz üzrə Dünya Çempionatı başa çatıb.
Dünya birinciliyində ölkəmizi cəmi iki şahmatçı - U-8 yaş qrupunda mübarizə aparan Bayramlı Rafael və Kərimli Yusif təmsil edib. Kərimli Yusif Rapid və Blitz yarışlarında inamlı çıxış etsə də, mükafatçılar sırasına düşə bilməyib.
Yusif Dünya Çempionatının Rapid turnirini 7-ci ,Blitz turnirini isə 5-ci pillədə bitirib. Bayramlı Rafael isə, Blitz yarışında inamsız təsir bağışlasa da (19-cu yer), Rapid yarışında möhtəşəm çıxışı ona Dünya birinciliyinin gümüş medalını qazandırıb. Keçirdiyi 9 oyundan 7.5 xal toplayan Rafael, dünya ikincisi olub.


Paylaş:


Müəllif : Tarix:
19-08-2019, 14:30
  


loading...
Загрузка...