reklam
» » “Raufu heç toyumda oynatmaram” – Sosial şəbəkə istifadəçiləri "Neftçi"ni yıxıb-sürüdü

reklam

“Raufu heç toyumda oynatmaram” – Sosial şəbəkə istifadəçiləri "Neftçi"ni yıxıb-sürüdü


Xəbər verdiyimiz kimi, dünən Avropa Liqasının 3-cü təsnifat mərhələsində “Neftçi” “Bney Yehuda”ya uduzaraq (2:1, ümumi: 4:3) AL-da mübarizəni dayandırdı. “Neftçi”dən qələbə gözləyən sosial şəbəkə istifadəçiləri bu məğlubiyyətə görə, klub rəhbərliyini, futbolçuları tənqid hədəfi seçdilər.
Oyundan sonra sosial şəbəkə istifadəçiləri tərəfindən yazılmış maraqlı rəyləri təqdim edirik:
Ziya İbrahimov: “Neftçi”nin oynadığı futbol idisə, daha nə bilim...”
İslam Qasım: “Gedin, Keşləylə oyuna hazırlaşın, Bordin də rədd olsun, Rauf da, Dabo da, Anton da, Bulud da, Krivotsyuk da, Dario da, Manroz da, rəhbərlik də...Tüpürüm belə futbola”.
Vüsal Qasımov: “Nə gözləyirdiz ki?”
Emil Alıyev: “Fərsiz Bordin, fərsiz oyunçular”.
Əli Zabiloğlu: “Heç olmasa, keçmiş bizim, gələcək bizim haştağını sil bu paylaşımda. Belə gələcək lazım deyil Azərbaycan futboluna".
Rəsul Ələsgərov: “Arsenal” necə uduzub “Neftçi”yə?
Cahid Mirzəməmmədov: “Raufu heç toyumda oynatmaram”.
Elməddin Quliyev: “Mustivarı rədd eləmək lazımdır komandadan. Bu oyunçu yox, qoyundur. Raufu da dəyişmək”.
Fərdi Qənbərov: “Səlahətə qapıçı deyən gedib gimnastikaya baxsın”.
Ramin İlyas: “Bordin də ancaq məşqçilərlə dalaşsın. Get, komandanı düzəlt”.
Azər İsmayılov: “Günah ilk növbədə səriştəsiz rəhbərlikdədi. Sperantsa ilə oyun bitdi, transfer olmadı, Arsenalı keçdik, söz verilən transferlər olmadı, gözlədilər Yehudanı. Onlar da başa saldılar ki, Anton, Rauf kimi oyunçularla çox getmək olmaz”.
Rahid Hüseynsoy: “Bərbad oyun. Bordin istefaya göndərilməlidir”.


Paylaş:


Müəllif : Tarix:
16-08-2019, 13:36
  


loading...
Загрузка...