reklam
» » Kriştiano Ronaldonu daha çox sevməyə 9 səbəb - Fotolar

reklam

Kriştiano Ronaldonu daha çox sevməyə 9 səbəb - Fotolar


Futbol dahisi, milyarder, pleyboy, filantrop. Xeyr, o, fantastik komiks qəhrəmanı deyil, o, gözəl addımları və geniş ürəyi ilə seçilən real insandır...
Sizə Portuqaliya millisinin və “Yuventus”un ulduz futbolçusu Kriştiano Ronaldonun 9 əsas insani keyfiyyətlərini təqdim edir:
1. Müntəzəm olaraq qan verir

Müasir futbolun ulduzu, 24 yaşından başlayaraq, daimi qan və plazma donorudur. Yeri gəlmişkən, məhz elə bu səbədən futbolçunun bədənində bir dənə də olsun döymə yoxdur.  Belə ki, tatu döydürdükdən sonra 6 aydan 12 ayadək qan vermək olmaz.
2. Xeyriyyəçiliklə məşğul olur

Kriştiano bunu ictimailəşdirməsə də, jurnalistlər müxtəlif yollarla onun kiçik fanatlarının əməliyyatları və dağılmış evlərinin bərpasına xərclədiyi böyük məbləğlər, eləcə də xəstəxanalara sponsorluq etməsi haqda məlumat əldə edə bilir. Bu haqda yazılan xəbərlərə əsasən, demək olar ki, o, bunu qan verdiyi qədər tez-tez edir.
Köhnə dostlarını heç vaxt unutmur

Futbol ulduzu köhnə dostlarını yad etməyi və onlara hədiyyələr bağışlamağı çox sevir. Məsələn, Albertu Fantrau, dərin hörmət və möhkəm dostluq naminə, futbolçudan hədiyyə olaraq bağ evi alıb.
Ailəsini hədsiz çox sevir

Məşhurluq, fanat ordusu, milyonlarla izləyici və saysız-hesabsız pul Kriştianonun əsas dəyərlərinə heç cür təsir göstərə bilməyib. Ailə onun üçün müqəddəsdir. O, böyük və şən ailəsi ilə bərabər səs-küylü istirahəti adada təkbaşına sakit vaxt keçirməkdən daha üstün tutur.
Fanatları ilə rahat və açıq ünsiyyət qurur

Böyük fanat ordun olanda, onların hər birinə ayrı-ayrılıqda vaxt ayırmaq mümkünsüz görünür. Onsuz da kimsə küsür, inciyir və ya üzülür. Bu yenə də Ronaldoya aid deyil. Belə ki, hətta “DÇ-2018”ə gecikdiyi vaxt o, avtobusdan düşüb, balaca fanatını sakitləşdirib və onunla şəkil çəkdirib. Belə nümunələrin sayı-hesabı yoxdur.
Özünə gülməyi bacarır

Kriştiano Ronaldo güclü yumor hissinə malikdir. Madrid küçələrində saatlarla futbol oynayan futbolçu özünü kimsəsiz birinin halına salmaq üçün nələr etməmişdi ki… Hələ bu azmış kimi, o, yanından keçən xanımlardan əlaqə nömrələrini istəyir, zarafat edir və tanınmaz halda olduğundan həzz alırdı.
O, pulu yox, futbolu sevir

Kriştiano Ronaldo futbolu puldan çox sevir və bir sent belə almasa, oynamağa hazırdır. “Real Madrid”in ÇL-də qalibiyətindən sonra futbolçu əldə etdiyi bütün qonorarı xeyriyyə məqsədi ilə xərcləmişdi. Məbləğ isə yarım milyon avrodan çox idi.  
Emosiyalarını gizlətməkdən utanmır

Emosionallığı ilə seçilən Kriştiano bunu heç vaxt ətrafdakı insanlardan gizlətmir. O, utanmadan var gücü ilə həm sevinə, həm də ağlaya bilər.
Həmişə köməyə yetişir

Güclü və eyni zamanda təsirli addım – rəqib komandanın oyunçusuna ehtiyat skamyasına çatmaqda kömək etmək. Buna yalnız Kriştiano qadirdir.


Paylaş:


Müəllif : Tarix:
7-08-2019, 08:40
  


loading...
Загрузка...