reklam
» » Fanat və jurnalistlərə görə bayram namazını qaçırdı - Tvitterdə şikayətləndi

reklam

Fanat və jurnalistlərə görə bayram namazını qaçırdı - Tvitterdə şikayətləndi


“Liverpul”un və Misir yığmasının futbolçusu Məhəmməd Salah valideynlərinin evini mühasirəyə alan jurnalistlər və fanatlara görə doğma şəhərində bayram namazını qıla bilməyib.

Bu barədə futbolçu tvitter hesabında gileylənib:

“Bəzi jurnalistlər və sadə insanlar elə etdilər ki, evdən çıxıb bayram namazını qıla bilmədim. Bunun sevgi ilə əlaqəsi yoxdur. Bu, “şəxsi həyata hörmətsizlik və peşəkarlığın yoxluğu” adlanır.

Qeyd edək ki, bu gün səhərdən etibarən məşhur futbolçunun evinə onunla şəkil çəkdirmək üçün xeyli sayda insan axın edib. Nəticədə şəhər məscidinə atası, həyat yoldaşı və qızı onsuz getməli olub.



Paylaş:


Müəllif : Tarix:
6-06-2019, 10:39
  


loading...
Загрузка...