reklam
» » İdmançılarımızı gərgin mübarizə gözləyir

reklam

İdmançılarımızı gərgin mübarizə gözləyir


Beş gün davam edəcək ənənəvi yarışda 17 ölkənin nümayəndələrinin iştirakı gözlənilir

Bu gün Rusiyada kişi boksçular arasında "Sankt-Peterburq qubernatorunun kuboku" adlı beynəlxalq turnir start götürəcək. 5 gün davam edəcək ənənəvi yarışda Azərbaycan yığması da iştirak edəcək.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, komandamızın baş məşqçisi Vaqif Şirinov turnirdə Rüfət Hüseynov (49 kq), Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Bəxtiyar Qazıbəyov (64 kq), Elnur Süleymanov (69 kq), Rauf Rəhimov (81 kq), Rahil Məmmədli (91 kq) və Məhəmməd Abdullayevə (+91 kq) şans verəcək.

Qeyd edək ki, Sankt-Peterburqda 10-cu dəfə keçiriləcək yarış "M-1 Arena"da baş tutacaq. Turnirdə 17 ölkənin nümayəndələrinin iştirakı gözlənilir.



 


Paylaş:


Müəllif : Tarix:
7-05-2019, 13:55
  


loading...
Загрузка...