reklam
» » Azərbaycan Avropa Oyunlarına daha bir lisenziya qazanıb

reklam

Azərbaycan Avropa Oyunlarına daha bir lisenziya qazanıb


İdman gimnastikası üzrə Avropa çempionatında çoxnövçülük yarışlarının təsnifat mərhələsi başa çatıb.

Regionxeberleri.com-un ONA-a istinadən məlumatına görə, Polşada təşkil olunan yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayıblar.

Təmsilçilərimiz arasında ən yaxşı nəticəni İvan Tixonov göstərib. O, 6 hərəkətin cəmində 79,198 xal yığıb və təsnifat mərhələsində 23-cü yeri tutub.
Bu, ona finala yüksəlmək üçün kifayət edib. Gimnastımızın həlledici mərhələyə yüksəlməsi II Avropa Oyunlarında lisenziyanı da rəsmiləşdirib. Final mərhələsi aprelin 12-də olacaq.

Digər gimnastımız Murad Ağarzayev isə 72,598 xalla 62-ci yerlə kifayətlənib.

Qeyd edək ki, Tixonovun Minsk-2019 üçün Azərbaycan millisinin 86-cı lisenziyasına sahib olub.


Paylaş:


Müəllif : Tarix:
11-04-2019, 09:42
  


loading...
Загрузка...