reklam
» » Azərbaycan voleybol millisinin heyəti açıqlanıb

reklam

Azərbaycan voleybol millisinin heyəti açıqlanıb


Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin ilkin heyəti açıqlanıb.

Baş məşqçi Faiq Qarayev Niderlandın ev sahibliyi edəcəyi Avropa Olimpiya Təsnifat Turniri üçün 21 oyunçuya dəvət göndərib.

Təcrübəli mütəxəssisin siyahısında yeni ad da var. O, aşağı yaş qruplarında Azərbaycan millisinin şərəfini qorumuş, hazırda Türkiyənin "Sarıyer Bələdiyyəsi"ndə forma geyinən Nikalina Başnakovanı əsas komandaya çağırıb. Həmçinin təxminən 3 ildən sonra Oksana Quliyeva da Faiq Qarayevin sərəncamında olacaq. O, ailə qurduqdan sonra zədə səbəbindən komandadan ayrı düşmüşdü.

Daha ətraflı Faiq Qarayev sabiq baş məşqçi C. Kapraranın "qara siyahısı"na düşmüş Anastasiya Qurbanova və Yuliya Kərimovanı "21-liy"ə daxil edib.

Azərbaycan millisinin heyəti

Toppaylayıcılar: Yana Əzimova, Kristsina Yaqubova, Şəfaqət Alışanova, Səmra Qafarova Blokçular: Ayşən Abduləzimova, Olena Həsənova, Kseniya Pavlenko, Mariya Kirilyuk, Larisa Smeltsova

Hücumçular: Anastasiya Qurbanova, Polina Rəhimova, Marqarita Əzizova, Odina Əliyeva, Yelizaveta Səmədova, Anastasiya Bessonova, Nikalina Başnakova, Nelli Salbişvili

Liberolar: Leyla Parşkova, Yuliya Kərimova, Bəyaz Əliyeva, Oksana Quliyeva

Qeyd edək ki, yanvarın 7-12-də Niderlandın Apeldorn şəhərində keçiriləcək yarışda yığma A qrupunda mübarizə aparacaq. Komandamız ev sahibləri, Polşa və Bolqarıstanla qüvvəsini sınayacaq. B qrupunda isə Türkiyə, Almaniya, Belçika və Xorvatiya voleybolçuları güclərini yoxlayacaqlar.

Reqlamentə əsasən, qrupda ilk iki yeri tutacaq komandalar yarımfinala yüksələcəklər. Burada çarpaz olaraq üz-üzə gələcək yığmalar ardınca finalçını müəyyənləşdirəcəklər. Həlledici görüşdə isə Tokio-2020 Yay Olimpiya Oyunlarında Avropanı təmsil edəcək sonuncu komandanın adı dəqiqləşəcək.


Paylaş:


Müəllif : Tarix:
30-11-2019, 12:22
  


loading...
Загрузка...