reklam
» » Premyer Liqa: “Sabah” “Qəbələ”dən üstün olub

reklam

Premyer Liqa: “Sabah” “Qəbələ”dən üstün olub


Futbol üzrə Azərbaycan Premyer Liqasında X turun son oyunu keçirilib.”Report”un məlumatına görə, Qəbələ şəhər stadionunda eyniadlı komanda  Görüş qonaqların qələbəsi ilə yekunlaşıb -2:1.

Hesabı 43-cü dəqiqədə “Qəbələ”nin hücumçusu Davit Volkov açıb. Lakin fasilədən sonra “Sabah” iki qol vurub. 54-cü dəqiqədə Cavid İmamverdiyev, 73-cü dəqiqədə isə Hendrik Ekşteyn fərqlənib.

Bu, X turda heç-heçə ilə yekunlaşmayan yeganə oyun olub. “Sabah” səfər qələbəsi sayəsində xallarını 10-a çatdırsa da, yenə 7-ci pillədə qalıb. “Qəbələ” isə 6 xalla sonuncudur.

Qeyd edək ki, turun ilk 3 oyununda “Neftçi” – “Qarabağ”la, “Səbail” “Keşlə” ilə 0:0, “Zirə” “Sumqayıt”la 2:2 hesablı heç-heçə edib.


Paylaş:


Müəllif : Tarix:
3-11-2019, 20:12
  


loading...
Загрузка...