reklam
» » “Azərişıq” maşını dərəyə uçdu: ölən və yaralananlar var

reklam

“Azərişıq” maşını dərəyə uçdu: ölən və yaralananlar var


Qubada Azərişıq ASC-nin əməkdaşları qəzaya uğrayıb, ölən və yaralananlar var. 
Azərişıq ASC-nin Şimal Regional İdarəsinin Sumqayıt bölməsinin əməkdaşları Yüksək gərginlikli elektrik xətlərinə baxış keçirməyə gedərkən, rayonun Söhüb kəndi ərazisində yamacda UAZ markalı avtomobildə yaranmış texniki nasazlıq səbəbindən dərəyə yuvarlanıblar.
Nəticədə, avtomobildə olan Namik Rüstəmov və Zahid Qurbanov hadisə yerində ölüb, İlkin adlı sürücü və avtomobildə olan Saleh adlı digər şəxs yaralanıb. 
Yaralıları gətirmək üçün QubaRayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım avtomobilləri hadisə yerinə gedib. 
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gedib.


Paylaş:


Müəllif : Tarix:
18-09-2019, 13:19
  


loading...
Загрузка...