reklam
» » 32 yaşlı ata azyaşlı qızına təcavüz etdi - Bakıda İYRƏNCLİK

reklam

32 yaşlı ata azyaşlı qızına təcavüz etdi - Bakıda İYRƏNCLİK

Bakıda azyaşlı qızına qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Fərhad Nəcəfovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Regionxeberleri.com Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası sentyabrın 30-na təyin edilib.

İttihama görə, 1987-ci il təvəllüdlü F.Nəcəfov Bakıda azyaşlı qızına qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.

Azyaşlının anasının şikayəti əsasında saxlanılan ata barəsində həbs-qətimakan tədbiri seçilib.

F.Nəcəfovun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.


Paylaş:


Müəllif : Tarix:
17-09-2019, 16:01
  


loading...
Загрузка...