reklam
» » Polis kapitanı faciəli şəkildə öldü

reklam

Polis kapitanı faciəli şəkildə öldü


Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Regionxeberleri.com-un APA-nın cənub bürosuna istinadən verdiyi məlumata görə, qəza köhnə Ələt-Astara magistralının Masallı rayonunun Sərçuvar kəndindən keçən hissəsində qeydə alınıb.
Lənkəran rayonu Girdəni kənd sakini, 57 yaşlı Kamal Cəfər oğlu Fətullayevin idarə etdiyi "KamAZ" markalı 42 BL 695 dövlət nömrə nişanlı qoşqulu yük avtomobili, Bakı şəhəri Sabunçu rayon sakini, polis kapitanı, 33 ya.lı Mehdi Böyükağa oğlu Əhmədovun idarə etdiyi "VAZ 2107" markalı, 99 ME 637 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Toqquşma nəticəsində "VAZ 2107"nin sürücüsü ağır bədən xəsərətləri alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, M.Əhmədovun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
17-09-2019, 13:19
  


loading...
Загрузка...