reklam
» » Arvadına xəsarət yetirən şəxs məhkəmə zalından azad edilib

reklam

Arvadına xəsarət yetirən şəxs məhkəmə zalından azad edilib


Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşına xəsarət yetirməkdə təqsirləndirilən Mehman Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report"un xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Süleymanova şərti azadlıqdan məhrum etmə cəzası verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, zərərçəkmiş Əfsanə Məmmədova ifadəsində zərərçəkmişlə barışdığını, onu bağışladığını, şikayət və tələbinin olmadığını deyib.

Hadisə Yasamal rayonu, Yeni Yasamal-1 yaşayış massivində qeydə alınıb. 1986-cı il təvəllüdlü Məmmədova Əfsanə Fəxrəddin qızı əri tərəfindən bıçaqlanıb. Döş qəfəsindən daxilə nüfuz edən ağır xəsarət alan 33 yaşlı qadın Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlərin səyi nəticəsində qadının həyatını xilas etmək mümkün olub.

Keçirilən əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Mehman Süleymanov saxlanılıb.

Ona qəsdən bədənə ağır xəsarət yetirmə əməli ilə bağlı ittiham verilib.

Xatırladaq ki, cütlüyün üç azyaşlı övladı var.


Paylaş:


Müəllif : Tarix:
17-09-2019, 13:16
  


loading...
Загрузка...