reklam
» » Ucar sakinindən külli miqdarda narkotik götürülüb

reklam

Ucar sakinindən külli miqdarda narkotik götürülüb



Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində qətiyyətli tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Qaracalı kənd sakini 58 yaşlı Cəmil Mikayılov saxlanılıb.

RPŞ-nin əməkdaşları tərəfindən onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilib, bu zaman oradan kultivasiya yolu ilə yetişdirilmiş 414 ədəd çətənə kolu və ümumi çəkisi 5 kiloqram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxs istintaqa təhvil verilib.

RegionXeberleri.com 






Paylaş:


Müəllif : Tarix:
17-09-2019, 13:16
  


loading...
Загрузка...