reklam
» » Gəncədə 29 yaşlı gənc başından bıçaqlanıb

reklam

Gəncədə 29 yaşlı gənc başından bıçaqlanıb


Gəncədə bıçaqlanma hadisəsi olub.

Regionxeberleri.com-un APA-nın yerli bürosuna istinadən məlumatına görə, hadisə şəhərin Fikrət Əmirov küçəsində qeydə alınıb.

Belə ki, şəhər sakini 1990-cı il təvəlüdlü Orucov Həsən Mehman oğlu başından bıçaqlanıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. 29 yaşlı gəncə başın böyük çapılmış yarası diaqnozu qoyulub. Onun yaraları tikilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisə ilə bağlı polisə məlumat verilib. Cinayəti törədən şəxs və ya şəxslərin tutulması istiqamətində əməliyyat axtarışlarına başlanıb.

Faktla bağlı araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
17-09-2019, 09:32
  


loading...
Загрузка...