reklam
» » Keçmiş məhkum dayısını qətlə yetirib - YENİLƏNİB

reklam

Keçmiş məhkum dayısını qətlə yetirib - YENİLƏNİB


Daxili İşlər Nazirliyi (DİN) Lənkəranda baş verən qətllə bağlı məlumat yayıb.

Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, sentyabrın 14-də Lənkəran rayonunun Liman şəhərində Eyvaz Yusubovun üzərində zorakılıq əlamətləri olan meyitinin yaşadığı evdə tapılması barədə Lənkəran Şəhər Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlmiş, müvafiq tədbirlər həyata keçirilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində tamah məqsədilə qətli törətməkdə şübhəli bilinən Liman şəhər sakinləri, əvvəllər məhkum olunmuş bacısı oğlu V.Hüseynov, əvvəllər məhkum olunmuş E.Quliyev və V.Mirzəyeva saxlanılıblar.

***

Lənkəranda qətl törədilib.

APA-nın məlumatına görə, Liman şəhər sakini, 1956-cı il təvəllüdlü Eyvaz Məcid oğlu Yusubovun meyiti yaşadığı R. Rza küçəsindəki evində qonşusu tərəfindən aşkarlanıb.

Hüquq-mühafizə orqanları tərəfindən hadisə yeri və meyitə baxış keçirilib, müaviq ekspertizalar təyin edilib.

Meyitin ilkin müayinəsi zamanı onun üzərində zorakılıq ələmətlari aşkarlanıb.

Faktla bağlı Lənkəran rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istinta hərəkətləri davam etdirilir.


Paylaş:


Müəllif : Tarix:
16-09-2019, 15:29
  


loading...
Загрузка...