reklam
» » Bakıda binadan düşən iri şüşə parçası 2 nəfərə xəsarət yetirib - VİDEO

reklam

Bakıda binadan düşən iri şüşə parçası 2 nəfərə xəsarət yetirib - VİDEO


Bakının Yasamal rayonunda binalardan birinin iri şüşə parçası iki nəfərin üzərinə düşüb.

Regionxeberleri.com APA-a istinadən xəbər verir ki, hadisə Cəfər Cabbarlı küçəsində baş verib.

Belə ki, "Globus Plaza"ya məxsus binanın pəncərəsindəki iri şüşə parçası yerə düşərək, yoldan keçən 2001-ci il təvəllüdlü Qədirov Tunar Qabil oğlu və 1995-ci il təvəllüdlü Abdullayev Əşrəf Əhməd oğlunun xəsarət almasına səbəb olub. Hər iki şəxs ağır xəsarət alaraq 1 saylı Xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, plazadan APA-ya faktı təsdiqləyiblər. Hadisənin hansı səbəbdən baş verdiyi isə açıqlanmayıb.



Paylaş:


Müəllif : Tarix:
12-09-2019, 09:44
  


loading...
Загрузка...