reklam
» » Nefçalada ildırım vuran çoban öldü

reklam

Nefçalada ildırım vuran çoban öldü


Neftçalada ildırım vuran çoban xəstəxanada dünyasını dəyişib.
Hadisə rayonun Tatarməhlə kəndindəki obada baş verib.

Xəbər verdiyimiz kimi, obada çoban işləyən 1991-ci il təvəllüdlü Gərayev Vaqif Azər oğlunu ildırım vurub. İlkin məlumata görə, çöldə qoyun otaran çobanlar 5 nəfər olublar. İldırım aralarına düşdüyündən zərbədən hamısı yerə yıxılıb. Digər dörd nəfər bir neçə dəqiqədən sonra ayağa qalxıb. Lakin V.Gərayevin vəziyyəti ağır olduğundan o, Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ilk tibbi yardım göstərildikdən sonra Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq V. Gərayev xəstəxanada keçinib.

Qeyd edək ki, Vaqif Gərayev əslən Şamaxı rayonundandır.


Paylaş:


Müəllif : Tarix:
10-09-2019, 21:35
  


loading...
Загрузка...