reklam
» » Bakıda qadına qarşı İNANILMAZ FIRILDAQ - Aldadıb 84 min manat aldılar

reklam

Bakıda qadına qarşı İNANILMAZ FIRILDAQ - Aldadıb 84 min manat aldılar

Bakıda polisə müraciət edən qadın üzləşdiyi dələduzluq əməli ilə bağlı məlumat verib.

Regionxeberleri.com Publika.az-a istinadən xəbər verir ki, Yasamal rayon Polis İdarəsi 29-cu Polis Şöbəsinə müraciət edən 1967-ci il təvəllüdlü Yeganə Ələkbərova Ceyhun adlı tanışının onu aldatdığını bildirib. Polisə poçt vasitəsi ilə şikayət ərizəsi göndərən qadın qeyd edib ki, həmin şəxs ona birgə biznes quracaqları ilə bağlı müxtəlif vədlər verib. Bu məqsədlə Ceyhun Y.Ələkbərovadan 2018-ci ilin sentyabr-dekabr aylarında 41 nmin manat və 25 min dollar (təxminən 43 min manat) pul alıb. Həmin şəxs pulları qadının yaşadığı evin qarşısına gələrək təhvil alıb. Lakin Ceyhun verdyi vədlərə əməl etməyib, qadından aldığı pulları da geri qaytarmayıb.

Müraciət əsasında araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
10-09-2019, 12:34
  


loading...
Загрузка...