reklam
» » Zərdüşt Əlizadə Ayaz Mütəllibovu İTTİHAM ETDİ

reklam

Zərdüşt Əlizadə Ayaz Mütəllibovu İTTİHAM ETDİ


Azərbaycanda ilk prezident seçkiləri 28 il öncə məhz bu günlərdə keçirilmişdi. 1991-ci ilin 8 sentyabrında Azərbaycanda keçirilmiş ilk prezident seçkilərində yeganə namizəd Ayaz Mütəllibov səslərin 98.50 %-ni toplayaraq ölkə rəhbəri postuna yiyələndi.

Həmin seçkilərdə prezidentiyə namizədliyini irəli sürən daha bir nəfər var idi. 90-cı illərdə Azərbaycan siyasətinin önəmli firqurlarından biri, çıxışları, fəaliyyəti ilə hər zaman diqqət mərkəzində olan Zərdüşt Əlizadə…

1988-1989 illərdə Azərbaycan Xalq Cəbhəsinin fəallarından olan, 1989-1990-cı illərdə Azərbaycan Sosial-Demokrat Partiyasını quran Zərdüşt Əlizadə də prezidentlik postu üçün namizədliyini irəli sürmüşdü, ancaq sonradan bu istəyini geri götürdü.

Maraqlıdır, Zərdüşt Əlizadə ilk dəfə keçirilən president seçkilərində belə az rəqib sayı ilə prezident olmaq istəyindən niyə imtina etdi? Ümumiyyətlə, o zamanlar bu vəzifənin icraçısı olmaq üçün müraciət edənlərin yoxluğuna səbəb nə idi?

Hazırda politoloq kimi fəaliyyət göstərən Zərdüşt Əlizadə bu səbəblər barədə Modern.az-a danışıb.

O bildirib ki, Ayaz Mütəllibov ədalətli və bərabər rəqabət üçün heç bir şərait yaratmamışdı:

“Mənim əmək kollektivləri ilə görüşməyim də daxil olmaqla, mənasız qadağalar qoyulmuşdu. Prezidentliyə namizəd kimi istifadə etdiyim tək imkan yarım saatlıq açıq çıxışlarım idi. Sentyabrın 8-i seçki keçirildi, plakatlarımı isə sentyabrın 11-i mənə verdilər. Lakin hər yerdə Ayaz Mütəllibovun böyük plakatları var idi. Mən də verilən plakatları böldüm və partiyamız bütün qaralama işlərini həmin plakatların, kağızların üzərində aparırdı”.

Zərdüşt Əlizadə əslində prezident olmaq istəmədiyini, sadəcə, partiyasının məramlarını xalqa çatdırmaq arzusunda olduğu üçün namizədləyini vermək qərarına gəldiyini deyir.

“Məqsədim prezident olmaq deyildi. Sadəcə təmsil etdiyim Azərbaycan Sosial Demokrat Partiyasının tapşırığını yerinə yetirməli, baxışlarını əhaliyə çatdırmalı idim.
O vaxt mən və Ayaz Mütəllibovdan başqa namizədliyini verənlərin olmamasının da səbəbləri var idi. Belə ki, Xalq Cəbhəsi 20 Yanvar hadisəsindən sonra tamamilə dağılmış vəziyyətdə idi. Ona görə də həmin təşkilatın Ayaz Mütəllibovla rəqabət apara biləcək, sözünü deyəcək adamları yox idi. Əbülfəz Elçibəy var idi, o da ancaq saxtakarlıqla keçirilmiş seçkilərdə iştirak edə bilərdi.
Namizədlik üçün sözünü deyə biləcək konkret adam demək olar ki, yox idi”.Azərbaycanda ilk prezident seçkiləri 28 il öncə məhz bu günlərdə keçirilmişdi. 1991-ci ilin 8 sentyabrında Azərbaycanda keçirilmiş ilk prezident seçkilərində yeganə namizəd Ayaz Mütəllibov səslərin 98.50 %-ni toplayaraq ölkə rəhbəri postuna yiyələndi.

Həmin seçkilərdə prezidentiyə namizədliyini irəli sürən daha bir nəfər var idi. 90-cı illərdə Azərbaycan siyasətinin önəmli firqurlarından biri, çıxışları, fəaliyyəti ilə hər zaman diqqət mərkəzində olan Zərdüşt Əlizadə…

1988-1989 illərdə Azərbaycan Xalq Cəbhəsinin fəallarından olan, 1989-1990-cı illərdə Azərbaycan Sosial-Demokrat Partiyasını quran Zərdüşt Əlizadə də prezidentlik postu üçün namizədliyini irəli sürmüşdü, ancaq sonradan bu istəyini geri götürdü.

Maraqlıdır, Zərdüşt Əlizadə ilk dəfə keçirilən president seçkilərində belə az rəqib sayı ilə prezident olmaq istəyindən niyə imtina etdi? Ümumiyyətlə, o zamanlar bu vəzifənin icraçısı olmaq üçün müraciət edənlərin yoxluğuna səbəb nə idi?

Hazırda politoloq kimi fəaliyyət göstərən Zərdüşt Əlizadə bu səbəblər barədə Modern.az-a danışıb.

O bildirib ki, Ayaz Mütəllibov ədalətli və bərabər rəqabət üçün heç bir şərait yaratmamışdı:

“Mənim əmək kollektivləri ilə görüşməyim də daxil olmaqla, mənasız qadağalar qoyulmuşdu. Prezidentliyə namizəd kimi istifadə etdiyim tək imkan yarım saatlıq açıq çıxışlarım idi. Sentyabrın 8-i seçki keçirildi, plakatlarımı isə sentyabrın 11-i mənə verdilər. Lakin hər yerdə Ayaz Mütəllibovun böyük plakatları var idi. Mən də verilən plakatları böldüm və partiyamız bütün qaralama işlərini həmin plakatların, kağızların üzərində aparırdı”.

Zərdüşt Əlizadə əslində prezident olmaq istəmədiyini, sadəcə, partiyasının məramlarını xalqa çatdırmaq arzusunda olduğu üçün namizədləyini vermək qərarına gəldiyini deyir.

“Məqsədim prezident olmaq deyildi. Sadəcə təmsil etdiyim Azərbaycan Sosial Demokrat Partiyasının tapşırığını yerinə yetirməli, baxışlarını əhaliyə çatdırmalı idim.
O vaxt mən və Ayaz Mütəllibovdan başqa namizədliyini verənlərin olmamasının da səbəbləri var idi. Belə ki, Xalq Cəbhəsi 20 Yanvar hadisəsindən sonra tamamilə dağılmış vəziyyətdə idi. Ona görə də həmin təşkilatın Ayaz Mütəllibovla rəqabət apara biləcək, sözünü deyəcək adamları yox idi. Əbülfəz Elçibəy var idi, o da ancaq saxtakarlıqla keçirilmiş seçkilərdə iştirak edə bilərdi.
Namizədlik üçün sözünü deyə biləcək konkret adam demək olar ki, yox idi”.


Paylaş:


Müəllif : Tarix:
9-09-2019, 15:26
  


loading...
Загрузка...