reklam
» » Merin xəbərdarlıq etdiyi mobil rabitə: Nə zaman kəsilə bilər? – HALLAR

reklam

Merin xəbərdarlıq etdiyi mobil rabitə: Nə zaman kəsilə bilər? – HALLAR


Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə bağlı geniş müşavirə keçirilib.

Bildirilib ki, güclü qar yağdığı zaman və ya hər hansı fövqəladə halın - güclü küləyin, leysan yağışın, zəlzələnin baş verdiyi təqdirdə mobil rabitədə yarana biləcək problemləri nəzərə alaraq hər bir rəhbər şəxs öz iş yerində olmalı və yaranmış problemlərin həlli üçün konkret tədbirlər görməlidir.

Maraqlıdır, hansı hallarda mobil rabitə kəsilə bilər?

Cebhe.info xəbər verir ki, bu hallar “fors-major” halları adlanır və mobil operatorla istifadəçi arasındakı müqavilədə qeyd olunur.

“Fors-major” halları tərəflərin iradəsindən kənarda baş verən bir haldır. Bu hallar müqavilənin qeyri-qanuni, məsləhətli olmayan sayılmasına gətirib çıxarır. “Fors-major” hallarına tipik olaraq müharibələr, qiyamlar, dövlət çevrilişləri, yanğın, daşqın, qasırğa, zəlzələ, partlayış, lokautlar, iqtisadi böhranlar, enerji resurslarının uzun müddətə qıtlığı, eləcə də hər hansı dövlət orqanın tərəflərdən birinin üzərinə müqavilə üzrə öhdəliyini yerinə yetirmək barədə qadağa qoyulması aiddir.

Qeyd edək ki, “fors-major” halları bütün növ mülki müqavilələrin ən mühim institutlarından biridir. Beynəlxalq hüquq sistemində “fors-major” sayıla bilən hallardan biri baş verərsə, onda bu tərəflərə müqaviləyə bütünlüklə və ya qismən xitam vermək və ya müqavilənin icrasını da yandırmaq hüququ verir. “Fors-major” tərəfləri müəyyən fövqəladə hadisələr zamanı mülki məsuliyyətdən azad etmək üçün nəzərdə tutulur.

Hüquqları sahəsi üzrə ixtisaslaşmış mütəxəssislər bildirir ki, əgər müqavilədə “fors-major” halları qeyd edilməyibsə, ümumi hüquq sistemində tərəflər “məqsədin alt-üst olması” və ya “müqavilənin icrasının qeyri-mümkünlüyü” məsələsini qaldıra bilərlər, bu isə nadir hallarda müqavilənin icrasına möhlət verilməsi ilə nəticələnə bilər. Əsasən, aşağıdakı hallar müqavilədə “fors-major” bölümündə qeyd edilməlidir:

- “fors-major” hadisələrinin anlayışı;
- hadisə baş verdikdə nə etməli;
- hansı tərəf icranı dayandırmalıdır?!;
- əgər “fors-major” halı spesifik olaraq müəyyən edilmiş vaxtdan artıq davam edərsə, nə edilməlidir?

Bir çox milli hüquq sistemlərində “fors-major”un dörd halı əhatə etməsi tələb edilir:

1) müqavilə üçün və tərəflər üçün xarici təsirli olmalıdır,
2) hadisə tərəflərin müqavilə bağladığı zaman güman etdikləri icraya kəskin şəkildə mane olmalıdır,
3) hadisə əvvəlcədən müəyyən edilə bilən olmalıdır,
4) hadisənin tərəflərin iradəsindən kənar baş verməlidir.


Paylaş:


Müəllif : Tarix:
2-09-2019, 17:48
  


loading...
Загрузка...